We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
Investment opportunities expand: the investment promotion mechanism now covers 17 strategic directions The territories liberated from occupation provide extensive opportunities for investors A blood donation campaign dedicated to Remembrance Day was held Delegation of representatives of the RIYADA organization from Oman visited “Baku SME House” Volunteer blood donation campaign will be held Entrepreneurs can apply to SME Houses to obtain licenses KOBİA representatives participated in an international seminar held in Turkey The next meeting of the permanent Coordination Group operating under KOBİA was held The next professional trainings within the framework of the “Karabakh SMEs 2026” project have been completed The provision of consulting services for entrepreneurs continues
KOB-ların ömür boyu öyrənmək imkanları müzakirə edilib 26.01.19
KOB-ların ömür boyu öyrənmək imkanları müzakirə edilib

Yanvarın 25-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində kiçik və orta biznes (KOB) subyektlərinin bilik və bacarıqlarının artırılması üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi üzrə xidmətlər göstərən dövlət və özəl qurumların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılmış Komissiyanın ilk iclası keçirilib.

Qeyd edək ki, İqtisadiyyat nazirinin 4 dekabr 2018-ci il tarixli əmri ilə yaradılmış Komissiyada Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Təhsil, Maliyyə, Kənd Təsərrüfatı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Vergilər nazirliklərinin müvafiq təlim-tədris mərkəzlərinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və özəl şirkətlərin nümayəndələri təmsil olunur.

Qarşılıqlı müzakirə şəraitində keçirilmiş iclasda KOB-lar üçün “ömür boyu öyrənmək” imkanının təmin edilməsinin, bu sahədə ardıcıl və sistemli tədbirlərin görülməsi məqsədilə əlaqələndirmənin və prosesin optimallaşdırılmasının əhəmiyyəti vurğulanıb. Aidiyyəti qurumların nümayəndələri KOB-lar üçün təşkil etdikləri müxtəlif təlimlər, müasir maddi-texniki baza barədə məlumat verib, fəaliyyətin əlaqələndirilməsinə dair fikirlərini bölüşüblər.

İclasda dövlət və özəl qurumlar tərəfindən kiçik və orta biznes üçün təşkil olunan təlimlərin əlaqələndirilməsi, müvafiq qurumların maddi-texniki bazasından və potensialından birgə və səmərəli istifadə, KOB-ların tədris və təlim ehtiyaclarının öyrənilməsi, təlim proqramlarının hazırlanması, bu sahədə müasir metodlardan və İKT-nin imkanlarından istifadə, maarifləndirici tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb, müvafiq təkliflər nəzərə alınmaqla Komissiyanın 2019-cu il üçün Fəaliyyət Planının layihəsinin hazırlanması qərara alınıb.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə KOB-lar üçün “ömür boyu öyrənmək” imkanlarının təmin olunması nəzərdə tutulur.

Powered by Froala Editor