We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
Another 10 SME entities will benefit from a tax exemption Domestic market research in 10 areas will be conducted on the initiative of KOBİA For the attention of entrepreneurs operating in Astara and Lankaran cities! Another 10 SME entities have been issued "Startup" Certificates Legal form for entrepreneurial activity A regular meeting with entrepreneurs was organized in Kurdamir District For which services entrepreneurs applied to SME Houses Next reception of citizens held at KOBİA What events will be organized for entrepreneurs in August? “Ganja SME House” provided entrepreneurs with more than 2,000 kinds of services during the first three months of activity
“Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda növbəti seminar keçiriləcək 03.09.19
“Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda növbəti seminar keçiriləcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə təşkilatçılığı ilə sentyabrın 13-də mikro və kiçik sahibkarlıq subyektlərinin rəhbərləri üçün “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda növbəti seminar keçiriləcək.

Tədbirin təşkilində məqsəd KOB subyektləri arasında müasir dövrün tələblərinə uyğun innovativ sahiblik düşüncə tərzinin inkişaf etdirilməsi, alternativ maliyyə mənbələri, onların üstünlükləri, müvafiq resurslara çıxış imkanları və bu sahədə beynəlxalq təcrübə barədə sahibkarların məlumatlandırılmasıdır.

Seminarda iştirak etmək istəyən sahibkarlardan müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi, əlaqə telefonu və e-mail ünvanı) mövzu yerinə “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” seminarı" yazmaqla Agentliyin training@smb.gov.az e-mail ünvanına göndərmələri xahiş olunur.

Seminarda iştirak ödənişsizdir.

Tədbirin keçirilmə tarixi: 13 sentyabr 2019-cu il

Seminarın saatı: 11:00 – 13:00-dək

Ünvan: Atatürk prospekti,134 (KOBİA-nın inzibati binası)

Əlaqələndirici şəxs: Urfan Nəbiyev

Telefon: (+994 12) 404-04-01.

Powered by Froala Editor