We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
Investment opportunities expand: the investment promotion mechanism now covers 17 strategic directions The territories liberated from occupation provide extensive opportunities for investors A blood donation campaign dedicated to Remembrance Day was held Delegation of representatives of the RIYADA organization from Oman visited “Baku SME House” Volunteer blood donation campaign will be held Entrepreneurs can apply to SME Houses to obtain licenses KOBİA representatives participated in an international seminar held in Turkey The next meeting of the permanent Coordination Group operating under KOBİA was held The next professional trainings within the framework of the “Karabakh SMEs 2026” project have been completed The provision of consulting services for entrepreneurs continues
"İxrac Akademiyası" Sertifikat Proqramına müraciətlərin qəbulu elan edilir 01.02.21
"İxrac Akademiyası" Sertifikat Proqramına müraciətlərin qəbulu elan edilir

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və İxracatçılar Klubunun təşkilatçılığı ilə ixrac əməliyyatlarının həyata keçirilməsi üçün ixracla məşğul olan kadrların “İxrac Akademiyası” təlimlərində iştirakı üçün müraciətlərin qəbuluna start verilir.

Təlimlərin məqsədi ölkənin ixrac potensialının inkişafında yararlı, beynəlxalq ticarət sahəsində müasir tələblərə cavab verən kadrların hazırlanmasıdır.

Azərbaycan dilində keçiriləcək 9 həftəlik ödənişli onlayn təlim bu mövzuları əhatə edəcək:

1. Strategiya modulu:

  • - Ölkənin qüvvədə olan “Milli İxrac Strategiyası”;
  • - Nümunəvi yerli şirkətin ixrac strategiyası;
  • - Qlobal dəyər zənciri.

2. Əməliyyatlar modulu:

  • - İxrac komandasının yaradılması;
  • - İxracda keyfiyyətin idarə olunması və standartlaşdırma, beynəlxalq sertifikatlar;
  • - İxrac qiymətinin formalaşması və satış rəflərində qiymətin idarə olunması, istehsal həcminin proqnozlaşdırılması;
  • - Satış kommunikasiyası və danışıqların aparılması;
  • - Paylanma kanalları və Shopper marketinq (+həftəsonu praktiki ziyarət).
  • 3. İxrac prosedurları modulu:
  • - İxrac zamanı yerli qanunvericiliyin tələbləri;
  • - Beynəlxalq ticarət əlaqələrində idxal ölkəsinin tələbləri;
  • - İxrac prosedurunun başa çatdırılması-qablaşdırma, anbarlara yığılması, daşınma və yükün müşayiət sənədləri.

İştirakçıya dair minimum tələblər:

  • - 23-37 yaş arası olması;
  • - Satış sahəsində ən azı 1 (bir) il iş təcrübəsi (nəzəri test və müsahibə mərhələsində yoxlanılacaqdır);
  • - Rus və ingilis dil biliyi (orta);
  • - Yüksək motivasiyalılıq;
  • - Nəticəyönümlülük.

Tələb olunan sənədlər:

  • - Şəxsiyyət vəsiqəsinin surəti və foto (3x4);
  • - Təhsil məlumatlarına dair təsdiqedici sənədlər;
  • - Xarici dil biliyini sübut edən sənədlər; (əgər varsa)
  • - Namizədliyi tövsiyə edən şirkət/şəxs tərəfindən möhür və ya imza ilə təsdiq olunmuş formada tövsiyə məktubu (yalnız mövcud iş yeri olanlar üçün);

Müraciət qaydası:

Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər aşağıda göstərilən linkə daxil olaraq müraciət formasını doldurmalı və tələb olunan sənədləri əlavə etməlidirlər:

https://forms.gle/zQAp1qXegpvJj9fy9

Müraciətlərin elektron qaydada qiymətləndirilməsindən sonra namizədlər növbəti-nəzəri test və müsahibə mərhələsinə dəvət ediləcəklər.

Müraciət üçün son tarix və saat: 1 mart 2021-сi il saat 18:00.

Təlimlər ödənişlidir və qiyməti 200 (iki yüz) manatdır.

Proqram sonunda əldə edəcəksiniz:

- intensiv təlimlər sayəsində yeni ixtisasa yiyələnmək;

- beynəlxalq satış üzrə tam peşəkar vərdişlər qazanmaq;

- cəlbedici portfolio üçün vacib bilik və bacarıqlara malik olmaq;

- imtahanlardan müvəffəqiyyətlə keçən və yekun qiymətləndirmədə  qənaətbəxş nəticə göstərmiş məzunların ölkənin ən böyük ixracatçı şirkətlərində 3 aylıq ödənişsiz iş təcrübəsi keçməsi.                                               

Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq.

Bu səbəbdən şəxsi elektron poçt ünvanlarınızdan istifadə etməyiniz və mütəmadi olaraq yoxlamağınız vacibdir.

Əlaqələndirici şəxs: AZPROMO, İxracın təşviqi departamentinin layihə meneceri Samirə Məmmədova (e-mail: samira.mammadova@azpromo.az).

Powered by Froala Editor