We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
Investment opportunities expand: the investment promotion mechanism now covers 17 strategic directions The territories liberated from occupation provide extensive opportunities for investors A blood donation campaign dedicated to Remembrance Day was held Delegation of representatives of the RIYADA organization from Oman visited “Baku SME House” Volunteer blood donation campaign will be held Entrepreneurs can apply to SME Houses to obtain licenses KOBİA representatives participated in an international seminar held in Turkey The next meeting of the permanent Coordination Group operating under KOBİA was held The next professional trainings within the framework of the “Karabakh SMEs 2026” project have been completed The provision of consulting services for entrepreneurs continues
İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupu son iki gündə 410 sahibkarla fərdi qaydada görüşüb 31.03.19
İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupu son iki gündə 410 sahibkarla fərdi qaydada görüşüb

Bakının Nizami rayonu ərazisindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardımın göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupu tərəfindən sahibkarların fərdi qəbulu davam edir.

Martın 29-dan etibarən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında (ünvan: Atatürk prospekti 134, telefon: 012-404-04-01) keçirilən qəbulda sahibkarların problemləri, onlara dəymiş maddi ziyan, fəaliyyətlərinin təşkili və davam etdirilməsi ilə bağlı fikirləri öyrənilir, baş vermiş hadisə ilə əlaqədar fəaliyyətlərinin bərpa edilməsində yaranmış çətinliklər və bu istiqamətdə görülməsi zəruri olan işlər müzakirə olunur.

Martın 30-da İşçi Qrupu tərəfindən 268 sahibkar fərdi qaydada qəbul edilmişdir. Qəbul zamanı aparılmış müzakirələrin nəticəsi olaraq 245 sahibkar 6066 m2 sahədə ticarət obyektinə ehtiyaclarının olduğunu bildirib və bu istiqamətdə işlərə başlanılıb.

Məlumat üçün qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış müzakirələr nəticəsində əldə olunmuş razılığa əsasən ilkin olaraq Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən ümumi sahəsi 12000 m2 olan 350-yə yaxın ticarət obyekti 5 ay icarə haqqı ödənilməmək şərti ilə istifadə etmələri üçün sahibkarlara təklif edilib.

Qəbul zamanı İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi imkanları da sahibkarların diqqətinə çatdırılıb və 220 sahibkar 8,5 milyon manat güzəştli kreditdən istifadə etmək istədiklərini bildiriblər. Bununla bağlı Sahibkarlığın İnkişafı Fondu tərəfindən həmin sahibkarlarla ilkin işlərə başlanılmış və zəruri məlumatlandırma aparılıb.

Ümumilikdə 29-30 mart tarixlərində İşçi Qrupu tərəfindən keçirilmiş qəbulda 410 sahibkar fərdi qaydada qəbul edilib. Onlardan 346 sahibkar tərəfindən 14,8 milyon manat güzəştli kreditə, 380 sahibkar tərəfindən isə 11,9 min m2 ticarət obyektinə ehtiyac olduğu bildirilib.

Sahibkarların fərdi qəbulu bu gün də davam etdiriləcək və zərurət yaranarsa qəbul müddəti uzadılacaqdır.

Powered by Froala Editor