We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
WUF13 Hosts Awareness Event for Entrepreneurs Rwandan Delegation Familiarized with the SMB House Model A survey is being conducted among startups “Türkiye–Azerbaijan Trade Delegation and B2B Meetings” event was held Reception of entrepreneurs to be held in Imishli Meeting Held with Entrepreneurs in Yardimli region Meetings with entrepreneurs were held in the regions Which Services Did Entrepreneurs Use Most in 2025 Entrepreneurs’ Appeals Were Heard Azerbaijani Products Attracted Great Interest at the International Halal Exhibition Held in Mecca
İnnovasiya və startap müsabiqəsi: 57 ölkədən startapçılar Bakıda bir araya gəlir 23.04.26
İnnovasiya və startap müsabiqəsi: 57 ölkədən startapçılar Bakıda bir araya gəlir

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İslam İnkişaf Bankı Qrupu startaplar üçün birgə İnnovasiya və startap müsabiqəsinə start verib.

Müsabiqə İslam İnkişaf Bankı Qrupuna üzv olan ölkələrin yüksək potensiallı startaplarının innovativ ideyalarının dəstəklənməsi, qlobal investorlarla əlaqələrin formalaşdırılması və beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədi daşıyır.

Tədbir startapların qlobal investorlar, maliyyə qurumları və texnologiya liderləri ilə birbaşa təmaslarını təmin edərək layihələrin təqdimatı və perspektivli tərəfdaşlıqların qurulması üçün əlverişli şərait yaradır.

57 ölkədən startaplar yarışır

Müsabiqə ilk növbədə İslam İnkişaf Bankı Qrupuna üzv olan 57 ölkə və tərəfdaş ekosistemlər daxilində ən perspektivli startapların müəyyən edilməsi ilə başlayır. Seçilmiş layihələr arasında xüsusilə mühüm inkişaf çağırışlarının həllinə yönələnlər üçün lazımi investisiyaların səfərbər edilməsi əsas prioritet təşkil edir. Paralel olaraq, 57 üzv ölkə arasında mövcud ekosistemlərin möhkəmləndirilməsi yolu ilə daimi inkişafa nail olunması hədəflənir. Bütün bu fəaliyyət nəticə etibarilə startaplar, investorlar və dövlət qurumları arasında sıx əməkdaşlıq mühitinin yaradılması ilə yekunlaşır.

5 mərhələnin sonunda Bakıda Qlobal Demo Günü

Müsabiqə çərçivəsində mayın 15-də qlobal açıq çağırış elan olunacaq. İslam İnkişaf Bankına üzv ölkələri təmsil edən startaplar innovasiya, biznes modeli, komanda və inkişaf təsiri meyarlarını əhatə edən müraciətlərini rəsmi platforma vasitəsilə təqdim edəcəklər. Mayın 17-də layihələrin ilkin seçimi və qiymətləndirilməsi mərhələsi keçiriləcək. Vençur kapitalı fondları, maliyyə institutları və korporativ innovasiya ekspertlərindən ibarət heyət müraciətləri bazar potensialı, miqyaslana bilənlik və effektivlik meyarları əsasında nəzərdən keçirəcək. 13-15 iyun tarixlərində isə mentorluq və potensialın artırılması proqramına start veriləcək. Seçilmiş startaplar investisiyaların cəlb edilməsi, maliyyə modelləşdirilməsi, təqdimat təlimləri və bazarın genişləndirilməsi strategiyalarını əhatə edən strukturlaşdırılmış proqrama qoşulacaqlar. 16-17 iyun tarixlərində investorlarla uyğunlaşdırma və yarımfinal mərhələləri baş tutacaq. Növbəti mərhələyə vəsiqə qazanmış startaplar beynəlxalq münsiflər heyəti qarşısında çıxış edəcək, özəl sessiyalar vasitəsilə vençur fondları və investorlarla birbaşa əlaqələndiriləcəklər. Müsabiqənin yekunu olaraq, 18 iyun tarixində Bakıda Qlobal Demo Günü keçiriləcək. Finalçılar İslam İnkişaf Bankının illik toplantıları çərçivəsində qlobal investorlar, siyasətçilər və texnologiya liderləri qarşısında öz layihələrini təqdim edəcəklər.

Pul mükafatları və Özəl Sektor Forumunda iştirak

Müsabiqədə ən yüksək nəticə göstərən startaplar üçün yarışdan sonrakı inkişaf mərhələsini sürətləndirmək məqsədilə onlara pul mükafatları və müvafiq sertifikatlarla yanaşı, Özəl Sektor Forumu (PSF – Private Sector Forum) sərgisində iştirak paketi təqdim edilir. Bununla bərabər, qalib startapların beynəlxalq ekosistemlərə çıxışı dəstəklənir ki, bu da onlara öz layihələrini xarici bazarlarda və beynəlxalq biznes şəbəkələrində tanıtmaq üçün geniş imkanlar qazandırır.

Qlobal tanınma və investorlara birbaşa çıxış imkanı

Müsabiqəyə qoşulan startaplar ilk növbədə qlobal tanınma şansı əldə edərək öz layihələrini nüfuzlu investorlar, siyasətçilər və texnologiya liderlərindən ibarət geniş auditoriyaya nümayiş etdirmək imkanı əldə edəcəklər. Prosesin ən mühüm üstünlüklərindən biri investorlara birbaşa çıxışın təmin edilməsidir, belə ki, startapçılar növbəti mərhələ üzrə maliyyələşmə üçün vençur fondları, fərdi investorlar və maliyyə institutları ilə birbaşa əlaqə qura biləcəklər.

Eyni zamanda, təklif olunan mentorluq dəstəyi startaplar üçün mühüm fürsətdir. Sənaye liderləri və təcrübəli mütəxəssislərdən ekspert rəyinin alınması layihələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində həlledici rol oynayır. Bundan əlavə, korporativ tərəfdaşlar və ekosistem qurucuları ilə yaradılan əməkdaşlıq əlaqələri, habelə xüsusi dəstək mexanizmləri vasitəsilə startapların 57 üzv ölkəni əhatə edən yeni bazarlara çıxış imkanları genişlənir.

Yeri gəlmişkən, bu il müsabiqədə süni intellekt və rəqəmsal yeniliklərin tətbiqi xüsusi diqqət mərkəzindədir. Layihə innovativ texnologiyalar vasitəsilə İslam dünyasında iqtisadiyyatın şaxələndirilməsinə, ölkələrarası əlaqələrin gücləndirilməsinə və özəl sektorun inkişafına töhfə verməyi hədəfləyir.

Qeyd edək ki, müsabiqəyə qoşulmaq istəyən startapların aprelin 30-u saat 15:00-a kimi vaxtı var.

https://vergiler.az/news/article/39030.html

Powered by Froala Editor