We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
WUF13 Hosts Awareness Event for Entrepreneurs Rwandan Delegation Familiarized with the SMB House Model A survey is being conducted among startups “Türkiye–Azerbaijan Trade Delegation and B2B Meetings” event was held Reception of entrepreneurs to be held in Imishli Meeting Held with Entrepreneurs in Yardimli region Meetings with entrepreneurs were held in the regions Which Services Did Entrepreneurs Use Most in 2025 Entrepreneurs’ Appeals Were Heard Azerbaijani Products Attracted Great Interest at the International Halal Exhibition Held in Mecca
Gəncədə KOB evinin yaradılması istiqamətində tədbirlər yekunlaşmaq üzrədir 19.11.25
Gəncədə KOB evinin yaradılması istiqamətində tədbirlər yekunlaşmaq üzrədir

Gəncə şəhərində KOB evinin yaradılması istiqamətində tədbirlər yekunlaşmaq üzrədir. Qarşıdakı dövrdə “Gəncə KOB evi” bölgədə fəaliyyət göstərən sahibkarların istifadəsinə veriləcək.

Bu barədə KOBİA-dan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, KOB evləri yaradılmazdan əvvəl yerin müəyyənləşdirilməsi üçün araşdırmalar və təhlillər aparılır. KOB evlərinin yerləşəcəyi ərazi seçilərkən burada fəaliyyət göstərən sahibkarların sayı, iqtisadi aktivlik, dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlər və ən əsası KOB evinə olan ehtiyac və digər məsələlər nəzərə alınır. Bu prinsiplər əsas götürülməklə KOB evləri hazırda Bakı, Xaçmaz, Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərir. KOB evləri qeyd edilən şəhərlərlə yanaşı, onların yaxınlığında yerləşən bölgələrin sahibkarlarına da xidmət göstərir. Bu isə o deməkdir ki, KOB evləri daha çox şəhər və rayonun biznes subyektinə xidmət edir. KOB evlərinin əsas məqsədi sahibkarlıq subyektlərinə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun olaraq dövlət (G2B) və özəl (B2B) qurumların xidmətlərinin vahid məkanda təqdim edilməsidir. Bu sahibkarın vaxtına qənaət edir, əməliyyat xərclərini azaldır, xidmətlərin şəffaf və operativ təşkili sahibkar məmnunluğunu artırır, xidmət səviyyəsini ölçüləbilən edir. Sahibkarlar biznes fəaliyyəti üçün zəruri olan sahibkarlıq fəaliyyətinin qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes-planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, kommunal, bank, sığorta və sahibkarlıq fəaliyyəti üçün zəruri olan digər xidmətlər üçün KOB evlərinə müraciət edə bilərlər.

Həmçinin sahibkarların ehtiyacı olan əlavə xidmətlərin KOB evlərində göstərilməsi istiqamətində tədbirlər davam etdiriləcək.

Eyni zamanda, e-KOB evi portalının beta versiyası cari ildə istifadəyə verilib. Portal üzərindən KOB-lar üçün rəqəmsal alətlərin və digər funksiaların istifadəyə verilməsi istiqamətində işlər isə demək olar ki, tamamlanıb və ilin sonunadək onun tam funksionallıqla istifadəyə verilməsi planlaşdırılır. Bu portal KOB evlərində göstərilən xidmətlərə sahibkarların onlayn şəkildə çıxışını təmin etməklə yanaşı, hazırda portalda yaradılan altsistemlər vasitəsilə sahibkarlara əlavə faydalı alətlər təqdim edəcək.

Sahibkarlara yerində dövlət dəstəyinin təmin olunması məqsədilə hazırda ölkənin 50-dən çox şəhər və rayonunda KOB dostu ofisləri fəaliyyət göstərir. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə KOB dostu ofislərinin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Bu, bölgədə sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərin və mövcud biznes sahiblərinin məlumatladırılma, məsləhət, əlaqələndirmə və s. kimi ehtiyaclarını qarşılayacaq, regionda biznes və investisiya aktivliyini artıracaq.

Həmçinin KOBİA-nın təşkilatçılığı ilə regionlarda təşkil olunan sahəvi görüşlər və maarifləndirici tədbirlər davam etdiriləcək. Bu tədbirlər çərçivəsində qaldırılan bir sıra məsələlər artıq öz həllini tapıb. Belə görüşlər həm də sahibkarların maarifləndirilməsi, o cümlədən qanunvericiliyin tələbləri barədə məlumatlandırılması, habelə aidiyyəti qurumlar tərəfindən suallarının yerində cavablandırılması, onların təklif və ehtiyaclarının çatırılması baxımından əhəmiyyətlidir.

Dövlət qurumları və biznes assosiasiyalarla birgə ünvanlı proqramların da 2026-cı ildə davam etdirilməsi nəzərdə tutulur. Bunların arasında xüsusilə “Gənclərin biznes emalatxanası”, “Qarabağ KOB-ları”, “İnvestisiya səyahəti”, “Regional tərəfdaşların inkişafı” və s. layihə və proqramlarını qeyd etmək olar. Sözügedən layihə və proqramlar indiyədək xeyli vətəndaşımızın sahibkarlıq fəaliyyətinə başlaması, biznes sahəsində qanunvericilik və çağırışlar barədə məlumatlandırılması, bilik və bacarıqlarının artırılmasında əhəmiyyətli olub.

 https://azertag.az/xeber/gencede_kob_evinin_yaradilmasi_istiqametinde_tedbirler_yekunlasmaq_uzredir-3865247

Powered by Froala Editor