We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
Business contracts Applications of entrepreneurs have been heard Interest in the "SME Volunteers" Programme continues to increase Training events are being conducted within the framework of the Business Partnership Programme 35 "Startup" Certificates have been issued during the elapsed period of the current year For the attention of entrepreneurs operating in the Gabala and Ismayilli Districts! Interest in SME Houses as an innovative model in the field of business services is increasing Additional 55 people were engaged in training within the framework of the “Karabakh SME 2026” project More than 312,000 services were provided to entrepreneurs in SME Houses in the first half of 2026 Applications of entrepreneurs were considered at KOBİA
“Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib 03.08.26
“Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib

Hazırda “Gəncə KOB evi”ndə sahibkarlara biznesin qurulması və inkişafı üzrə 80-dən çox xidmət təqdim olunur.

Cari ilin mart ayında fəaliyyətə başlayan “Gəncə KOB evi”ndə 1 iyul 2026-cı il tarixinədək sahibkarlara 2149 xidmət göstərilib. Bu xidmətlərin 1842-si G2B, 307-si isə B2B xidmətlər olub.

Sahibkarların müraciətləri əsasən biznesin qurulması və inkişafı, yük və sərnişin daşımaları, mənşə sertifikatlarının alınması, poçt xidmətləri və digər məsələləri əhatə edib. Ən çox xidmət göstərən qurumlar aşağıdakılar olub:

Dövlət Reklam Agentliyi – 567 xidmət (26,38%)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi – 506 xidmət (23,54%)

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi – 411 xidmət (19,12%)

"Azərpoçt" MMC – 217 xidmət (10,09%)

Qida Təhlükəsizliyi Agentliyi – 63 xidmət (2,93%)

"Gəncə KOB evi"nin xidmətlərindən Gəncə şəhəri ilə yanaşı, Naftalan, Daşkəsən, Goranboy, Göygöl, Samux, Şəmkir, Qazax, Tovuz, Ağstafa və Gədəbəy rayonlarının sahibkarları da istifadə ediblər.

Qeyd edək ki, “Gəncə KOB evi” Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) struktur bölməsidir. Burada sahibkarlara biznesin qeydiyyatı, vergi xidmətləri, lisenziya və icazələrin alınması, investisiya təşviqi sənədinin verilməsi, qida təhlükəsizliyi, baytarlıq və bitki mühafizəsi, kommunal xidmətlərə qoşulma və digər istiqamətlər üzrə xidmətlər göstərilir. Ümumilikdə “Gəncə KOB evi”ndə sahibkarlara 18 dövlət qurumu və özəl təşkilat tərəfindən 80-dən çox xidmət təqdim olunur. KOB evində göstərilən xidmətlər barədə ətraflı məlumatı linkə keçid etməklə öyrənmək olar: https://smb.gov.az/az/nav/kob-evleri 

Powered by Froala Editor