We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
WUF13 Hosts Awareness Event for Entrepreneurs Rwandan Delegation Familiarized with the SMB House Model A survey is being conducted among startups “Türkiye–Azerbaijan Trade Delegation and B2B Meetings” event was held Reception of entrepreneurs to be held in Imishli Meeting Held with Entrepreneurs in Yardimli region Meetings with entrepreneurs were held in the regions Which Services Did Entrepreneurs Use Most in 2025 Entrepreneurs’ Appeals Were Heard Azerbaijani Products Attracted Great Interest at the International Halal Exhibition Held in Mecca
Elan 05.06.20
Elan

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Bakı şəhəri (Xəzər rayonu və Bakı Baş Gömrük İdarəsinin inzibati binası), Kürdəmir, Şəmkir və Göyçay rayonları üzrə Kiçik və Orta Biznesin Dostu (“KOB Dostu”) vəzifəsinə işə qəbul elan edir.

Vəzifə və öhdəliklər:

- Fəaliyyət göstərdiyi regionda səlahiyyətləri çərçivəsində Agentliyi təmsil etmək;

- KOB-ların təşəbbüs və təkliflərinin reallaşdırılması istiqamətində tədbirlər görmək;

- Səlahiyyətləri daxilində müvafiq sahə üzrə layihələrin hazırlanmasında, həyata keçirilməsində və icrasında iştirak etmək;

- Təmsil etdiyi regionda KOB subyektlərinin fəaliyyətlərində qarşılaşdığı problemlərin həllinə operativ dəstək göstərmək;

- Agentliyin funksiyaları ilə bağlı maarifləndirmə işlərini yerinə yetirmək;

- Təmsil etdiyi regionda KOB sektorunun inkişafı ilə bağlı təkliflər hazırlamaq və Agentliyə təqdim etmək;

- Sahibkarlığın inkişafının qiymətləndirilməsi ilə bağlı Agentlik tərəfindən göstərilən xidmətlər üzrə səlahiyyətləri daxilində sorğu və müşahidələr aparmaq;

- Zəruri dövri hesabatların və məlumatların hazırlanmasını, emalını, təhlil və ümumiləşdirilməsini həyata keçirmək;

- Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını və aidiyyəti üzrə əlaqələndirilməsini təmin etmək;

- Qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı forumların, konfransların, seminarların, digər tədbirlərin işində iştirak etmək, sahibkarlığın inkişafı ilə bağlı digər işlər görmək.

Namizədə tələblər:

- Ali təhsil tələbi: Bakalavriat səviyyəsi - iqtisadiyyat və ya idarəetmə ixtisasları qrupu;

- Uyğun sahə üzrə iş təcrübəsi olanlara üstünlük veriləcək;

- Sahibkarlıq fəaliyyəti üzrə zəruri iqtisadi və qanunvericilik bilikləri olmalı;

- Sahibkarlara göstərilən dövlət dəstəyi və təşviqetmə mexanizmləri haqqında məlumatlı olmalı;

- İqtisadi təhlil, sorğuların keçirilmə metodları barədə məlumatlı olmalı.

Şərtlər:

- Tam iş günü, iş qrafiki I-V günlər.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “KOB Dostu (region adı)” yazaraq 30.06.2020-ci il tarixinə qədər hr@smb.gov.az ünvanına göndərmələri xahiş olunur. Əks halda göstərilən vakansiya üzrə müraciətlər nəzərə alınmayacaq. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Powered by Froala Editor