We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
WUF13 Hosts Awareness Event for Entrepreneurs Rwandan Delegation Familiarized with the SMB House Model A survey is being conducted among startups “Türkiye–Azerbaijan Trade Delegation and B2B Meetings” event was held Reception of entrepreneurs to be held in Imishli Meeting Held with Entrepreneurs in Yardimli region Meetings with entrepreneurs were held in the regions Which Services Did Entrepreneurs Use Most in 2025 Entrepreneurs’ Appeals Were Heard Azerbaijani Products Attracted Great Interest at the International Halal Exhibition Held in Mecca
Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə Yol Xəritəsinin icrasına başlanılıb 25.02.25
Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə Yol Xəritəsinin icrasına başlanılıb

ESG prinsiplərinin təbliği və tətbiqində səmərəli fəaliyyətin görə ESG altqrupunun üzvlərinə təşəkkürnamələr təqdim olunub.

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərlik etdiyi “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” İşçi Qrupunun “Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə” altqrupunun 2025-ci il üzrə ilk iclası keçirilib. 

“Bakı KOB evi”ndə Komissiyanın və KOBİA-nın təşkilatçılığı ilə keçirilmiş iclasda müvafiq dövlət qurumlarının və özəl sektorun nümayəndələri, ekspertlər iştirak ediblər. 

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət vә sənaye mәsәlәlәri şöbәsinin sektor müdiri Vüsal Şıxәliyev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov 2024-cü ildə ESG üzrə altqrupun fəaliyyətini və görülmüş tədbirləri müsbət qiymətləndiriblər. Qeyd olunub ki, ESG ilə bağlı müxtəlif maraqlı tərəflərin məlumatlandırılması, təlimlərin təşkili, ayrı-ayrı sahələr üzrə qanunvericilik çərçivəsinin təkmilləşdirilməsi, metodoloji bazanın inkişaf etdirilməsi, şəbəkələşmə və s. kimi istiqamətlərdə işlər görülüb. Bunlar arasında biznesin rəyi və ehtiyacları əsasında hazırlanmış ESG üzrə milli çərçivə standartı və “ESGhub.az” elektron platforması xüsusilə qeyd edilməlidir. Hər iki məhsul ESG prinsiplərinin geniş təşviqi və bu sahədə qarşıya qoyulmuş hədəflərə çatmaq baxımından əhəmiyyətlidir. Vurğulanıb ki, qarşıdakı dövrdə də ESG üzrə bir sıra tədbirlərin icrası nəzərdə tutulur. Bu məqsədlə artıq ESG üzrə 2025-ci il üçün Yol Xəritəsi təsdiq edilib və icrasına başlanılıb.

İclasda “ESGhub.az” platforması və milli ESG standartına, SOCAR-ın ESG reytinqi üzrə aparılmış tədqiqatın nəticələrinə, eləcə də 2025-ci il üzrə Yol Xəritəsinə dair təqdimatlar keçirilib. Bildirilib ki, ESG üzrə 2025-ci il üçün Yol Xəritəsində nəzərdə tutulan tədbirlər üç mühüm istiqaməti əhatə edir. Bunlar ESG üzrə milli standart və rəqəmsal platformanın effektiv istifadə edilməsi və onlardan mümkün qədər faydalanmaq, ESG üzr potensialın artırılması, təlim və məlumatlandırma tədbirləri ilə bağlıdır.

Tədbir çərçivəsində Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən siyahısı təsdiq edilmiş ESG ilə əlaqəli müvafiq beynəlxalq standartları ölkəmizdə tətbiq etmiş ilk şirkət olaraq “Ekvita”nın təcrübəsi dinlənilib.

Həmçinin, ESG prinsiplərinin təbliği və tətbiqində səmərəli fəaliyyətlərinə görə ABB, “Azercell Telecom” MMC, “Ekvita” şirkəti və Ülviyyə Əkbərovaya təşəkkürnamələr təqdim edilib.   


Powered by Froala Editor