We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
WUF13 Hosts Awareness Event for Entrepreneurs Rwandan Delegation Familiarized with the SMB House Model A survey is being conducted among startups “Türkiye–Azerbaijan Trade Delegation and B2B Meetings” event was held Reception of entrepreneurs to be held in Imishli Meeting Held with Entrepreneurs in Yardimli region Meetings with entrepreneurs were held in the regions Which Services Did Entrepreneurs Use Most in 2025 Entrepreneurs’ Appeals Were Heard Azerbaijani Products Attracted Great Interest at the International Halal Exhibition Held in Mecca
Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub 20.05.26
Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub

Tədbirdə “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə” barədə də məlumat verilib.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Bakı KOB evi”ndə “Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur üzrə liderlik və əməkdaşlıq” mövzusunda panel müzakirəsi təşkil olunub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və "Global Oracle Association for Leaders" (GOAL) təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət qurumlarının və özəl sektorun nümayəndələri, müvafiq sahə üzrə ekspertlər iştirak ediblər.

Tədbirdə “GOAL” təşkilatının təsisçisi və prezidenti Leyla Bağırzadə, KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Elnur Əliyev, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının baş mütəxəssisi Loredana Skuto və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa üzrə regional koordinatoru Mahir Əliyev çıxış edərək şəhərlərin ekoloji dayanıqlılığı, mavi-yaşıl infrastruktur, dövri iqtisadiyyat və tullantıların effektiv idarə olunması, yaşıl maliyyələşmə və yeni investisiya imkanları, rəqəmsallaşma və karbon emissiyalarının monitorinqi, şəhər ekosistemləri üzrə fikirlərini bölüşüb, auditoriyanın suallarını cavablandırıblar. Həmçinin tədbirdə KOBİA tərəfindən COP29 çərçivəsində irəli sürülmüş “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə” barədə də məlumat verilib. 

 

Powered by Froala Editor