We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
WUF13 Hosts Awareness Event for Entrepreneurs Rwandan Delegation Familiarized with the SMB House Model A survey is being conducted among startups “Türkiye–Azerbaijan Trade Delegation and B2B Meetings” event was held Reception of entrepreneurs to be held in Imishli Meeting Held with Entrepreneurs in Yardimli region Meetings with entrepreneurs were held in the regions Which Services Did Entrepreneurs Use Most in 2025 Entrepreneurs’ Appeals Were Heard Azerbaijani Products Attracted Great Interest at the International Halal Exhibition Held in Mecca
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib 08.06.26
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

İnnovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən azad olunan mikro və kiçik sahibkarların sayı 282-yə çatıb. 

 

“Startap” şəhadətnaməsi almaq üçün KOB subyektlərindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daha 14 müraciət daxil olub. Müraciətlərə “Startap” şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının iclasında baxılıb və onlardan 10-na müvafiq sənədin verilməsi barədə qərar qəbul edilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 282-yə çatıb. 


“Startap” şəhadətnamələri “İşhesabı” MMC-nin bulud əsaslı ERP (müəssisə resurslarının idarəetmə sistemi) platforması, “Bonfi” MMC-nin rəqəmsal imtiyazlar həlli, “Qalan” MMC-nin məktəblilər üçün riyaziyyat təmayüllü onlayn təhsil platforması, “Splus az” MMC-nin ağıllı bina idarəetmə və sakinlərə xidmət platforması, “Vexvon” MMC-nin süni intellekt əsaslı müştəri kommunikasiya və satış avtomatlaşdırma platforması, “Anacan” MMC-nin qadınlar üçün rəqəmsal bələdçi, “Chevvick Solutions” MMC-nin mobil ödəniş platforması, “Too Far Logistics and Consulting” MMC-nin kommersiya təşkilatları arasında müqavilə münasibətlərinin elektron idarəedilməsi, imzalanması və arxivləşməsi platforması, “S2 Studio” MMC-nin mobil restoran rezervasiya platforması, “Viralix” MMC-nin süni intellekt əsaslı rəqəmsal marketinq, dizayn və reklam idarəetmə platforması layihələri üçün təqdim edilib.


“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.


Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi 

Powered by Froala Editor