We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
Interest in SME Houses as an innovative model in the field of business services is increasing Additional 55 people were engaged in training within the framework of the “Karabakh SME 2026” project More than 312,000 services were provided to entrepreneurs in SME Houses in the first half of 2026 Applications of entrepreneurs were considered at KOBİA In the first half of 2026, the KOBİA Call Centre via number 131 responded to approximately 5,000 enquiries The next meeting within the framework of the "Investment Journey" project was held in the city of Aghsu Business projects that have received the "Startup" Certificate are developing More than 50 meetings with entrepreneurs were organised in the first half of 2026 Another meeting with entrepreneurs was organised in the city of Mingachevir A production enterprise for test kits and medical plastic packaging products will be established
Biznes tərəfdaşlığı proqramı çərçivəsində təlimlər keçirilir 23.07.26
Biznes tərəfdaşlığı proqramı çərçivəsində təlimlər keçirilir

Biznes tərəfdaşlığı proqramının iştirakçıları növbəti mərhələdə Almaniyada təlim və təcrübə keçəcək, B2B görüşlərdə iştirak edəcəklər. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə tərəfdaşlığı ilə həyata keçirilən “Almaniya ilə biznes tərəfdaşlığı” proqramı (“Partnering in Business with Germany”) çərçivəsində təlimlər keçirilir.  

Alman ekspertlərinin keçirdiyi təlimlərdə yerli sahibkar və menecerlərə beynəlxalq iqtisadi kooperasiya, yaşıl iqtisadiyyatın biznesin inkişafında rolu, Almaniya müəssisələri ilə işgüzar əlaqələrin qurulması barədə məlumat verilir, onları maraqlandıran suallar cavablandırılır. Növbəti mərhələdə iştirakçılar Almaniyanın Drezden və Berlin şəhərlərinə səfər edəcəklər. Səfər çərçivəsində onlar Biznesin İnkişafı Mərkəzində və qabaqcıl alman şirkətlərində təlim və təcrübə keçəcək, B2B görüşlərdə iştirak edəcəklər. Proqramı uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikat təqdim ediləcəkdir. 

Qeyd edək ki, proqram çərçivəsində may ayında elan edilmiş “Yaşıl iqtisadiyyat” üzrə proqrama 50-dən çox yerli sahibkar və menecer müraciət edib. GIZ və KOBİA nümayəndələrinin iştirakı ilə müraciət edən şəxslərlə onlayn formatda fərdi müsahibələri keçirilib və onlardan 21-i proqramda iştirak etmək hüququ qazanıb.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq 2009-cu ildən etibarən həyata keçirilən proqram (əvvəlki adı “Menecerlərin Təlimi Proqramı”) Azərbaycan sahibkarlarının biznes sahəsində beynəlxalq təcrübəyə yiyələnməsi, bilik və bacarıqlarının artırılması məqsədi daşıyır. Ümumilikdə Azərbaycandan indiyədək Proqramda 621 nəfər sahibkar və menecer iştirak edib.

Azərbaycan tərəfinin proqramın 560 məzunu arasında apardığı sorğunun nəticələrinə əsasən proqramda iştirak etmiş bir çox yerli şirkətlər alman şirkətləri ilə əlaqələr qurub, bəziləri məhsullarını Almaniyaya ixrac edib və qarşılıqlı investisiya qoyuluşları həyata keçirilib. Proqram çərçivəsində qazandığı təcrübə əsasında bir sıra yerli şirkətlər fəaliyyətini modernləşdirib. Bundan başqa menecerlərin əksəriyyəti qeyd olunan proqramın onların fərdi və karyera inkişafında, eləcə də çalışdıqları şirkətlərin inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıblar.

Powered by Froala Editor