We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
Investment opportunities expand: the investment promotion mechanism now covers 17 strategic directions The territories liberated from occupation provide extensive opportunities for investors A blood donation campaign dedicated to Remembrance Day was held Delegation of representatives of the RIYADA organization from Oman visited “Baku SME House” Volunteer blood donation campaign will be held Entrepreneurs can apply to SME Houses to obtain licenses KOBİA representatives participated in an international seminar held in Turkey The next meeting of the permanent Coordination Group operating under KOBİA was held The next professional trainings within the framework of the “Karabakh SMEs 2026” project have been completed The provision of consulting services for entrepreneurs continues
Azərbaycanda yeni KOB dostları fəaliyyətə başlayacaq 23.01.19
Azərbaycanda yeni KOB dostları fəaliyyətə başlayacaq

Bakı. 23 yanvar. REPORT.AZ/ "Fevral ayında Sumqayıt şəhərində, eləcə də Abşeron və Qəbələ rayonlarında KOB dostları fəaliyyətə başlayacaq".

“Report”un məlumatına görə, bunu İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclasında qurumun tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, artıq 8 rayonda - Masallı, Siyəzən, Şabran, Xaçmaz, Gəncə, Yevlax, Quba və Qusarda “KOB Dostu” fəaliyyət göstərir: "İndiyə qədər KOB dostları sahibkarlıq subyektləri ilə 120-ə yaxın görüş keçirib, təkliflər dinlənilib, suallar cavablandırılıb”.

O.Məmmədov onu da deyib ki, 2018-ci ildə kiçik və orta biznesin inkişafının qanunverici bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər görülüb: “KOB sektorunda yeni dəstək modellərinin tətbiqinin stimullaşdırılması məqsədilə Vergilər Məcəlləsinə dəyişikliklər edilib, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları təsdiq olunub, KOB-ların kommunal xidmətlərə qoşulması prosedurları, tikintiyə icazə və tikinti obyektinin istismarına icazə qaydaları sadələşdirilib”.

KOBİA-nın rəhbəri qeyd edib ki, hazırda Agentliyin digər layihəsi olan KOB evlərinin yaradılması üzrə işlər aparılır: “KOB evlərinin yaradılması ilə KOB-lara göstəriləcək xidmətlərin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənəcək. Ümumilikdə KOB evlərində sahibkarlara vahid məkan prinsipi əsasında 34 dövlət qurumunun 110-a yaxın xidməti göstəriləcək. Eyni zamanda, elektron formada vahid platforma üzərindən xidmətlərin göstərilməsini təmin edəcək “e-KOB Evi” portalının yaradılması istiqamətində işlər davam etdirilir”.

https://report.az/biznes/sumqayit-abseron-ve-qebel...

Powered by Froala Editor