We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
WUF13 Hosts Awareness Event for Entrepreneurs Rwandan Delegation Familiarized with the SMB House Model A survey is being conducted among startups “Türkiye–Azerbaijan Trade Delegation and B2B Meetings” event was held Reception of entrepreneurs to be held in Imishli Meeting Held with Entrepreneurs in Yardimli region Meetings with entrepreneurs were held in the regions Which Services Did Entrepreneurs Use Most in 2025 Entrepreneurs’ Appeals Were Heard Azerbaijani Products Attracted Great Interest at the International Halal Exhibition Held in Mecca
Azərbaycan Texnologiya Universitetinin tələbələri “Gəncə KOB evi”ndə olub 02.04.26
Azərbaycan Texnologiya Universitetinin tələbələri “Gəncə KOB evi”ndə olub

Tələbələrə “Gəncə KOB” evinin iş prosesi və burada sahibkarlara göstərilən xidmətlər barədə məlumat verilib. 

Azərbaycan Texnologiya Universitetinin (ATU) İnnovasiya Mərkəzinin nümayəndələri və universitetin bir qrup tələbəsi bu yaxınlarda sahibkarların istifadəsinə verilmiş “Gəncə KOB evi”ndə olub.

“Gəncə KOB evi”nin əməkdaşları tərəfindən müəllim və tələbələrə KOB evi modeli və iş prinsipi, burada biznes subyektlərinə göstərilən “G2B” və “B2B” xidmətlər barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Bildirilib ki, “Gəncə KOB evi” Gəncə ilə yanaşı, ətraf şəhər və rayonların sahibkarlarına da xidmət edir. Ümumilikdə burada dövlət və özəl qurumlar tərəfindən sahibkarlara 80-dən çox xidmət göstərilir. Sahibkarlara xidmətlərin vahid məkanda göstərilməsi dövlət xidmətlərinə sürətli və rahat çıxış, vaxta və əməliyyat xərclərinə qənaət KOB evlərinin başlıca üstünlükləridir.

KOB evi ilə tanışlıq zamanı “Gəncə KOB evi” və ATU arasında gələcək əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi də aparılıb. 

Powered by Froala Editor