We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
Another 10 SME entities will benefit from a tax exemption Domestic market research in 10 areas will be conducted on the initiative of KOBİA For the attention of entrepreneurs operating in Astara and Lankaran cities! Another 10 SME entities have been issued "Startup" Certificates Legal form for entrepreneurial activity A regular meeting with entrepreneurs was organized in Kurdamir District For which services entrepreneurs applied to SME Houses Next reception of citizens held at KOBİA What events will be organized for entrepreneurs in August? “Ganja SME House” provided entrepreneurs with more than 2,000 kinds of services during the first three months of activity
Asiya İnkişaf Bankı ilə müzakirələr aparılıb 27.02.19
Asiya İnkişaf Bankı ilə müzakirələr aparılıb

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) nümayəndələri arasında görüşlər keçirilib.

Dövlət-özəl tərəfdaşlığına (PPP) dair təşkil olunmuş görüşdə bu sahədə beynəlxalq mütəxəssis Rina Alzate dövlət-özəl tərəfdaşlığı üzrə tətbiq edilən modellərə dair geniş məlumat verərək, Azərbaycanda bu sahədə hüquqi-normativ və institusional inkişaf istiqamətində tədbirlər barədə fikirlərini diqqətə çatdırıb. Görüşdə həmçinin, AİB nümayəndələri ilə Agentliyin strukturuna daxil olan Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin fəaliyyətinin səmərəli təşkili məqsədilə ekspert tərəfindən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış tövsiyyə və təkliflər müzakirə edilib.

AİB-in İnfrastrukturun maliyyələşməsi, Cənubi, Mərkəzi və Qərbi Asiyada Özəl sektorda əməliyyatlar departamentinin direktoru Şantanu Çakrabortinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilmiş görüşdə isə Bankın nümayəndələrinə ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində aparılan islahatlar, yeni dəstək mexanizmləri, eləcə də KOBİA-nın fəaliyyəti barədə məlumat verilib. Agentliyin strukturuna daxil olan Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin, Kiçik və orta biznesin inkişafı fondlarının, eləcə də biznes klasterlərin yaradılması istiqamətində mümkün əməkdaşlıq imkanlarının müzakirə edildiyi görüşdə özəl sektorun inkişafı sahəsində AİB-lə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, əlaqələrin inkişafı perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Powered by Froala Editor