We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
Startup Competition Launched Within the Framework of the IsDB Annual Meetings HELF/AZHAB Forum 2026 to Be Held Within the Framework of the IsDB Group Annual Meetings in Baku A meeting with entrepreneurs was held in the Khizi district For the attention of micro and small entrepreneurs wishing to present their products and services at the “Local Companies Promotion Exhibition!” ANNOUNCEMENT WUF13 Hosts Awareness Event for Entrepreneurs The project “Women Entrepreneurs in Successful Partnership” has been completed Growing role of women in business: from state support to sustainable development Rwandan Delegation Familiarized with the SMB House Model A survey is being conducted among startups
Ağdaş rayonunda sahibkarların qəbulu keçirilib 30.04.26
Ağdaş rayonunda sahibkarların qəbulu keçirilib

Qəbulda sahibkarların biznes fəaliyyəti ilə bağlı müxtəlif məsələlər üzrə müraciətləri dinlənilib və sualları cavablandırılıb.  

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov Ağdaş rayonunda sahibkarları qəbul edib. KOBİA-nın aidiyyəti struktur bölmələrinin iştirakı ilə keçirilən qəbulda sahibkarların biznes fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, ehtiyacları olan dəstək tədbirləri və qarşılaşdıqları məsələlərin həlli ilə bağlı müzakirələr aparılıb. Qəbulda sahibkarlar istehsal sahəsində innovativ layihələrin reallaşdırılmasına dəstək, sahibkar maraqlarının müdafiəsi, güzəştli kreditlərin verilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.


Həmçinin qəbul çərçivəsində sahibkarların sualları cavablandırılıb və sorğu edilən məsələlərlə bağlı müvafiq izahatlar verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib.

 

Powered by Froala Editor