We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
Investment opportunities expand: the investment promotion mechanism now covers 17 strategic directions The territories liberated from occupation provide extensive opportunities for investors A blood donation campaign dedicated to Remembrance Day was held Delegation of representatives of the RIYADA organization from Oman visited “Baku SME House” Volunteer blood donation campaign will be held Entrepreneurs can apply to SME Houses to obtain licenses KOBİA representatives participated in an international seminar held in Turkey The next meeting of the permanent Coordination Group operating under KOBİA was held The next professional trainings within the framework of the “Karabakh SMEs 2026” project have been completed The provision of consulting services for entrepreneurs continues
Ağcabədi rayonunda iki yem emalı müəssisəsi istifadəyə verilib 30.03.19
Ağcabədi rayonunda iki yem emalı müəssisəsi istifadəyə verilib

Martın 29-da Ağcabədi rayonunun Təzəkənd və Kəhrizli kəndlərində yem emalı müəssisələri istifadəyə verilib.

Yem emalı müəssisələrinin istifadəyə verilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş tədbirlərdə qeyd olunub ki, yem emalı müəssisələri Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" (SEDA) layihəsi çərçivəsində istifadəyə verilib.

Təzəkənd və Kəhrizli ilə yanaşı, yem emalı müəssisələrindən ətraf kəndlərdə yaşayan sakinlər də istifadə edə biləcək. Yem emalı müəssisələrində yem emalı üçün istehsal sahəsi və anbar inşa olunub, hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb, yeni iş yerləri açılıb.

Tədbirlərdə çıxış edən KOBİA-nın İdarə Heyəti sədrinin müavini Faiq Abbasov, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin layihə meneceri Pərviz Musayev və Ağcabədi Rayon İcra Hakimiyyətinin Təzəkənd və Kəhrizli kəndləri üzrə nümayəndələri regionlarda icma əsaslı biznesyönümlü layihələrin icrasının, o cümlədən Təzəkənd və Kəhrizli kəndlərində yem emalı müəssisələrinin istifadəyə verilməsinin aqrar sektorda mikro və kiçik sahibkarlığın inkişafında, heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətin genişləndirilməsində, yemə olan tələbatın ödənilməsində və məşğulluğun artırılmasında əhəmiyyətli olduğunu qeyd ediblər.

Kənd sakinləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Powered by Froala Editor