We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
Investment opportunities expand: the investment promotion mechanism now covers 17 strategic directions The territories liberated from occupation provide extensive opportunities for investors A blood donation campaign dedicated to Remembrance Day was held Delegation of representatives of the RIYADA organization from Oman visited “Baku SME House” Volunteer blood donation campaign will be held Entrepreneurs can apply to SME Houses to obtain licenses KOBİA representatives participated in an international seminar held in Turkey The next meeting of the permanent Coordination Group operating under KOBİA was held The next professional trainings within the framework of the “Karabakh SMEs 2026” project have been completed The provision of consulting services for entrepreneurs continues
Abşeron rayonunun sahibkarları ilə görüş keçirilib 18.09.25
Abşeron rayonunun sahibkarları ilə görüş keçirilib

Görüşdə Abşeron rayonunda biznesin inkişafı üçün imkanlar, yeni təşəbbüslərin reallaşdırılması üçün dövlət dəstəyi mexanizmləri barədə sahibkarlar məlumatlandırılıb, təklifləri dinlənilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. 

Dövlət Suverenliyi Günü münasibətilə təşkil olunmuş budəfəki görüşdə sənaye, tikinti, kənd təsərrüfatı, heyvandarlıq, quşçuluq, ictimai iaşə və s. sektorlarda fəaliyyət göstərən 140-a yaxın sahibkar, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və əlverişli biznes mühitin yaradılması üçün dövlətin dəstək alətləri, eləcə də rayonun iqtisadi potensialı və mövcud imkanlardan istifadə olunmaqla yeni bizneslərin yaradılması, investisiya qoyuluşu üçün perspektivlər barədə məlumat veriblər. Bildirilib ki, Abşeron rayonu müxtəlif biznes sahələri üzrə böyük potensiala malikdir. Son dövrlərdə Abşeronda urbanizasiya və əhali artımı fonunda sahibkarlar və öz biznesini qurmaq istəyən şəxslər xidmət və tikinti sektorunda investisiya imkanlarını dəyərləndirə bilərlər. Rayonda ictimai iaşə, logistika, təhsil və səhiyyə xidmətlərinin təşkili üçün potensial genişdir. Xüsusilə də innovativ yanaşmalar tətbiq etməklə məhsul və xidmət çeşidini artırmaq olar. Dövlət tərəfindən təqdim olunan subsidiyalar, güzəştli kreditlər, vergi güzəştləri, investisiya təşviqi sənədi, klasterləşməyə dəstək və digər mexanizmlər rayonda fəaliyyət göstərən sahibkarlar və biznesə başlayanlar üçün əhəmiyyətli imkanlar yaradır. Yeni biznes ideyaları və investisiya təşəbbüsləri olan sahibkarlar KOBİA-nın dəstək mexanizmlərindən də faydalana bilərlər.

Görüşdə torpaqların təyinatının dəyişdirilməsi, işğaldan azad olunmuş ərazilərdə inkluziv tədris mərkəzinin yaradılmasına, ⁠xarici bazarlara və ticarət şəbəkələrinə çıxışa dəstək, ⁠güzəştli kreditlər, sahibkarlıq fəaliyyətinin sənədləşdirilməsi, müxtəlif infrastruktur və kommunal xidmətlərlə bağlı məsələlər müzakirə edilib, sahibkarların ehtiyacları və təklifləri dinlənilib, sualları cavablandırılıb. 

Abşeron rayonuna səfər çərçivəsində KOBİA nümayəndələri “Zəhmət Ruzi” MMC-nin ət və süd məhsulları istehsalı müəssisəsini ziyarət ediblər. İstehsal prosesi ilə tanışlıq zamanı müəssisənin gələcək planlarının reallaşdırılması üçün dövlət dəstəyi barədə fikir mübadiləsi aparılıb. Qeyd edək ki, müəssisə KOBİA-nın müxtəlif dəstək alətlərindən, o cümlədən satış imkanlarının genişləndirilməsi mexanizmindən istifadə edib. 

Powered by Froala Editor