Мы связываем социально-экономическое развитие Азербайджана непосредственно с предпринимательством и его развитием.
“Бакинском доме МСБ” была организована фотовыставка, посвященная 100-летию Гейдара Алиева Был проведен ряд встреч в Абу-Даби В Астраханской области состоялась конференция, посвященная 100-летию великого лидера Гейдара Алиева Вниманию МСБ, занимающимися деятельностью в сфере транспорта и логистики! Ответил на вопросы предпринимателей, касающиеся эффективного использования газовых сетей субъектами МСБ Продажи МСБ поддерживаются в рамках механизма поддержки доступа к торговым сетям Министерство по Чрезвычайным Ситуациям стало победителем турнира по мини-футболу между госучреждениями Премьер-министр Али Асадов встретился с президентом Всемирной федерации мини-футбола Еще трем микро и малым предпринимателям вручен сертификат “Стартап” Состоялось мероприятие по оценке “Индекса политики малого и среднего предпринимательства” для Азербайджана.
Доступ к торговым сетям

Mikro və kiçik sahibkarlıq subyektləri ticarət şəbəkələrinə çıxışa dəstək üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər.


Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2021-ci il tarixli Fərmanı ilə “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası” təsdiq edilib. Qaydaya əsasən dəstək KOBİA tərəfindən təmin ediləcəkdir.

 

Dəstəkdən mikro və kiçik sahibkarlar istifadə edə bilərlər. Bu dəstək çərçivəsində ticarət obyektində sahibkarın istifadəsinə veriləcək satış yerinin ölçüsü 50 sm, məhsulların satış sahəsində yerləşdirilməsi müddəti isə 3 aydır. Mikro sahibkarlıq subyekti onun istifadəsinə verilən satış sahəsinə görə icarə haqqının 20%-ni, kiçik sahibkarlıq subyekti isə 50%-ni ödəyəcəkdir.


KOBİA tərəfindən ticarət obyektlərində icarəyə götürülən satış yerləri barədə məlumatlar Agentliyin rəsmi internet səhifəsində (www.smb.gov.az) yerləşdiriləcək.


Dəstəkdən faydalanacaq sahibkarların seçilməsi zamanı aşağıdakı meyarlar nəzərə alınacaqdır:

- məhsulun Azərbaycanda ilk dəfə istehsal olunması; 

- məhsulun idxalı əvəzləmək potensialı;

- məhsulun Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, digər regionlarda istehsal edilməsi;

- sahibkarın ticarət şəbəkələrinə çıxış təcrübəsinin olmaması.


Ətraflı məlumat üçün: 131 Çağrı Mərkəzi

Powered by Froala Editor

 

Ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmi çərçivəsində ayrılmış satış yerləri 
AdıÜnvanSatılan məhsullar
1."Bolmart" supermarketBakı şəhəri, Səməd Vurğun küçəsi, 60Qablaşdırılmış qida məhsulları
2."Bizim market"Bakı şəhəri, Səttar Bəhlulzadə küçəsi (Ayna Sultanovanın heykəlinin yaxınlığında)Qablaşdırılmış qida məhsulları
3."Şərq bazarı" Ticarət MərkəziBakı şəhəri, Xətai prospekti, 15Qeyri-qida məhsulları (suvenir, hədiyyə, zərgərlik məhsulları, bijuteriya, oyuncaq və s.)
4."Binəqədi" bazarıBakı şəhəri, Əcəmi Naxçıvani küçəsi ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsiKənd təsərrüfatı məhsulları
5."Bravo" hipermarketBakı şəhəri, Tbilisi prospekti, 3007-ci məhəllə (20 yanvar metrosunun yaxınlığı)Qablaşdırılmış qida məhsulları
Bakı şəhəri, Heydər Əliyev prospekti, 172 (Koroğlu metrosunun yaxınlığı)Qablaşdırılmış qida məhsulları
Bakı şəhəri, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 4Qablaşdırılmış qida məhsulları

Powered by Froala Editor