Мы связываем социально-экономическое развитие Азербайджана непосредственно с предпринимательством и его развитием.
В KOBİA проведён очередной приём граждан Какие мероприятия для предпринимателей будут организованы в августе? «Гянджинский Дом МСП» за первые три месяца деятельности оказал предпринимателям более 2000 видов услуг KOBİA и Турецкий Торговый Центр подписали Меморандум о взаимопонимании по сотрудничеству Kомпании-кластеры МСП создают для предпринимателей новые возможности для сотрудничества Бизнес-контракты Были рассмотрены обращения предпринимателей Интерес к программе «Волонтёры МСП» продолжает расти В рамках программы делового партнёрства проводятся обучающие мероприятия За прошедший период текущего года выдано 35 свидетельств «Стартап»
Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ 20.08.26
Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ

Müasir dövrdə rəqəmsal texnologiyalar biznes modellərini köklü şəkildə dəyişir, bazar araşdırmaları və istifadəçi rəyləri isə qərarvermənin əsas dayaqlarından birinə çevrilir. Məhz bu reallıqlar fonunda fəaliyyət göstərən “AllinUs” MMC innovativ yanaşması ilə diqqətçəkən yerli startaplardan biridir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) rəsmi startap şəhadətnaməsi alan “AllinUs” sorğu, tədqiqat və market validation sahəsində yeni imkanlar yaradır. Platforma istifadəçilərə həm real rəy bildirmək, həm də bu rəylər əsasında qazanc əldə etmək imkanı təqdim edir. “AllinUs” MMC-nin yaradılma ideyası, fəaliyyəti, biznes modeli və gələcək planları barədə daha ətraflı məlumat almaq üçün “AllinUS LLC”Sorğu, Tədqiqat və Market Validation Platformasının baş icraçı direktoru Mərziyə Məmmədova AZƏRTAC-ın suallarını cavablandırıb.

Müsahibədə platformanın bazarda hansı boşluğu doldurduğu, məlumat təhlükəsizliyi yanaşması və innovativ mexanizmləri diqqət mərkəzində olub. Eyni zamanda, “AllinUs”un regional və beynəlxalq bazarlara çıxış strategiyası da müzakirə edilib.

- Mərziyə xanım, “AllinUs” MMC-ni yaratmaq fikri sizdə necə yarandı? Bu sahədə hansı problemi həll etməyi və ya hansı boşluğu doldurmağı məqsəd qoymuşdunuz?

- İlk növbədə vurğulamaq istəyirəm ki, müasir dünyada informasiya ən bahalı və ən dəyərli resursdur. Doğru, etibarlı və vaxtında əldə olunan informasiya həm biznes qərarlarının, həm də strateji inkişafın əsasını təşkil edir. “AllinUs” MMC-ni yaratmaq ideyası da məhz bu yanaşmadan irəli gəlib. Mən Mərziyyə Məmmədova və həmtəsisçim Elçin Hüseynov düşünürdük ki, insan evdə oturarkən, əlavə mürəkkəb resurslardan istifadə etmədən, sadəcə internet və platforma vasitəsilə necə rahat və qanuni qazanc əldə edə bilər. Bazarda real istifadəçi rəyini sürətli, şəffaf və ölçülə bilən formada toplayan, eyni zamanda, istifadəçilərə öz fikirlərini dəyərə çevirmək imkanı verən platformalara ehtiyac var idi. “AllinUs” bu boşluğu doldurmaq məqsədilə yaradılıb. Platformanın adı da təsadüfi seçilməyib. “AllinUs” (olinas kimi oxunur) “hamısı bizim içimizdə, hamısı bizdə” mənasını verir və bu ad kollektiv düşüncə, ortaq qərarvermə və birgə dəyər yaratmaq fəlsəfəsini əks etdirir.

- Platformada istifadəçilərə qazanc imkanı təqdim edirsiniz. İstifadəçilərin etibarlılığını və məlumat təhlükəsizliyini necə təmin edirsiniz?

- İstifadəçilərə qazanc imkanının yaradılması “AllinUs” platformasında bir neçə inteqrasiya olunmuş mexanizm üzərindən həyata keçirilir. Bu prosesdə biz “e-commerce” qaydalarından istifadə edərək, Azərbaycanda mövcud olan “e-commerce” platformaları ilə əməkdaşlıq edir və onları sistemimizə inteqrasiya edirik. İstifadəçilərin qazancı bu inteqrasiyalar fonunda elektron ödəniş sistemləri və elektron pul kisələri (e-wallet) vasitəsilə şəffaf və izlənilə bilən formada təmin olunur. Eyni zamanda bu əməkdaşlıqlar vasitəsilə biz Azərbaycanda “e-commerce” savadlılığının artırılmasını, bu sahənin təbliğini və təşviqini də həyata keçiririk. İstifadəçi etibarlılığı və məlumat təhlükəsizliyi məsələsində isə biz beynəlxalq təcrübələrə istinad edirik. Platformada şirkətin rəsmi VÖEN-i, məxfilik siyasəti və istifadə şərtləri açıq şəkildə dərc olunub. Bu, “AllinUs” üçün təhlükəsizliyin texniki yanaşmadan daha çox etimada əsaslanan hüquqi və sistemli model olduğunu göstərir.

- Azərbaycan və region bazarında onlayn sorğu və bazar araşdırması xidmətlərinə tələbat necədir? “AllinUs” burada hansı üstünlüklərlə fərqlənir?

- Hazırkı bazarda bir çox şirkətlər bazar araşdırmaları üçün ödənişsiz və standart platformalardan istifadə edir. Lakin bu platformalar adətən süni intellektlə adaptasiya olunmur və məhdud funksionallıq təqdim edir. “AllinUs” isə dinamik, istifadəçiyə uyğun (user-friendly) və yüksək dərəcədə adaptasiya oluna bilən, yəni çevik (flexible) sistem kimi qurulub. Biz istənilən müştərinin ehtiyacına uyğun fərdiləşmə təqdim edirik. Əsas strateji fərq isə ondan ibarətdir ki, “AllinUs” sadəcə sorğu platforması deyil, gələcək üçün yeni biznes modelləri yaradan ekosistem kimi dizayn edilib. Məhz buna görə bu yanaşmanı “AllinUs” konsepti ilə ifadə edirik.

- Şirkət olaraq istifadəçilərin aktivliyini artırmaq üçün hansı yenilikçi və motivasiyaedici mexanizmlər tətbiq edirsiniz?

- “AllinUs” platformasında istifadəçilərimiz iki əsas kateqoriyaya bölünür: Bir tərəfdən biznes sahibləri və şirkət müştəriləri, digər tərəfdən isə respondentlər, yəni sorğulara cavab verən istifadəçilər. Respondentlər üçün biz şəffaf qazanc mexanizmləri, hədiyyələr, endirimlər və xüsusi təkliflər təqdim edirik. Bu imkanlar həm pul qazancı, həm də “Giftshop” mexanizmi vasitəsilə müxtəlif bonus və üstünlüklər formasında təklif olunur. Bu da istifadəçilərin platformada aktivliyini və motivasiyasını artırır. Eyni zamanda, biznes sahibləri və şirkət müştəriləri üçün “AllinUs” unikal imkanlar yaradır. Onlar sorğular vasitəsilə təkcə bazar araşdırması aparmır, eyni anda öz məhsul və xidmətlərini tanıda, hətta sorğu üzərindən satış və ilkin maraq formalaşdıra bilirlər. Bu yanaşma sorğunu klassik tədqiqat alətindən çıxarıb, marketinq və satışa inteqrə olunmuş funksional vasitəyə çevirir. Beləliklə, “AllinUs” həm cavab verən istifadəçilər üçün qazanc və dəyər yaradır, həm də biznes sahibləri üçün araşdırma, tanıtım və satışın bir platformada birləşdiyi çevik və effektiv ekosistem təqdim edir.

- Bizneslər və şirkətlər üçün təqdim etdiyiniz bazar araşdırmaları xidmətləri necə işləyir və hansı sahələrdə daha çox maraq görür?

- “AllinUs” platformasında bazar araşdırmaları tam çevik və mərhələli mexanizm üzərindən həyata keçirilir. Biz şirkətlər üçün unikal imkanlar yaradırıq ki, onlar öz suallarını müstəqil şəkildə formalaşdırsın, bu suallar əsasında sorğu yaratsın və həmin sorğunu “AllinUs” platforması vasitəsilə mövcud istifadəçi bazamıza yönəltsinlər. Eyni zamanda şirkətlər istəsələr, öz müştəri bazalarını da sistemə inteqrasiya edə və sorğunu yalnız ümumi baza ilə deyil, birbaşa öz müştərilərinə də yönəldə bilərlər. Bu, həm daxili, həm də xarici auditoriyanın paralel şəkildə öyrənilməsinə imkan yaradır. Sorğular tamamlandıqdan sonra yığılmış məlumatlar xüsusi süni intellekt tətbiqləri və AI əsaslı analitik proqramlar vasitəsilə emal olunur.

Bu mərhələdə cavablar strukturlaşdırılır, tendensiyalar müəyyən edilir və nəticədə vizual, oxunaqlı və analitik hesabat (report) formalaşdırılır. Hazırlanan bu hesabat şirkət sahibinə və istifadəçiyə təqdim olunur. Onlar bu nəticələr əsasında təqdimatlar hazırlaya, strateji qərarlar verə və ya elmi, qeyri-elmi tədqiqat məqsədləri üçün həmin məlumatlardan istifadə edə bilərlər. Bu səbəbdən “AllinUs”a bütün sahələrdən, xüsusilə biznes sahiblərindən və şirkətlərdən müraciətlər daxil olur. Çünki platforma bazar araşdırmasını yalnız sorğu toplama prosesi kimi deyil, tam dövrlü – sorğudan nəticəyə qədər olan ağıllı analitik sistem kimi təqdim edir.

- Pandemiya və rəqəmsallaşma dövründə onlayn platformaların rolu artıb. Sizcə, bu təcrübə gələcəkdə də davam edəcəkmi və “AllinUs” bu tendensiyaya necə uyğunlaşır?

- Vurğulamaq istərdim ki, “AllinUs” yalnız pandemiya dövrü üçün yaradılmış platforma deyil. Biz onu “lokdaun”lar, fors-major hallar, bizneslərin dayanması və ya fəaliyyət modelinin dəyişdiyi dövrlərdə də uyğunlaşa bilən sistem kimi formalaşdırmışıq. İstənilən qeyri-sabitlik və dəyişiklik dövründə "AllinUs" bizneslərə tez adaptasiya olmaq, bazarı yenidən oxumaq və strategiyanı çevik şəkildə yeniləmək imkanı verir. Bu baxımdan “AllinUs” dayanıqlı və adaptiv biznes modeli, daha dəqiq desək, risklərə davamlı uzunmüddətli rəqəmsal strategiya kimi düşünülüb.

Eyni zamanda “AllinUs” elə bir platformadır ki, istənilən biznes modelinə uyğunlaşdırıla və istənilən biznes sisteminə inteqrasiya oluna bilər. Biz bunun üçün xüsusi texniki və proqram sənədləşməsi (documentation) hazırlayırıq. Bu sənədləşmə vasitəsilə biznes sahibləri “AllinUs” platformasını öz daxili sistemlərinə, xidmətlərinə və proseslərinə rahatlıqla inteqrasiya edə bilirlər.

- Gələcək planlarınızda platformanı regional və beynəlxalq bazara çıxarmaq kimi strategiyalar varmı?

- Əlbəttə. Platformanı regional və beynəlxalq bazara çıxarmaq “AllinUs”un əsas və uzunmüddətli strateji məqsədidir. Bu istiqamətdə artıq real addımlar atılıb. Biz “All in Us” konsepti ilə “AllinUs” platformasını müxtəlif beynəlxalq müsabiqə və proqramlarda təqdim etmişik, həmin proqramlarda iştirak etmişik və müxtəlif mükafatlara layiq görülmüşük. Bu da platformanın beynəlxalq səviyyədə potensialının tanındığını göstərir. Gələcək inkişaf planlarımız iki əsas istiqamətə əsaslanır. Bir tərəfdən, əldə etdiyimiz gəlirin müəyyən hissəsinin platformanın texnoloji inkişafına və beynəlxalq bazara çıxışına reinvestisiya edilməsi nəzərdə tutulur. Digər tərəfdən isə investisiya əsaslı inkişaf modeli, yəni beynəlxalq bazara çıxış üçün strateji tərəfdaşlıqların qurulması və investisiya cəlbi əsas hədəflərimizdəndir. Yəni beynəlxalq bazara çıxmaq bizim üçün sadəcə ideya deyil, gəlir və investisiya balansına əsaslanan, planlı və mərhələli inkişaf strategiyasıdır. Məqsədimiz “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirməkdir.

https://azertag.az/xeber/startap_rehberi_allinusu_qlobal_miqyasda_tetbiq_oluna_bilen_texnologiya_platformasina_chevirmek_hedefimizdir___musahibe-4370869

 

Powered by Froala Editor