Мы связываем социально-экономическое развитие Азербайджана непосредственно с предпринимательством и его развитием.
Делегация Руанды ознакомилась с моделью дома МСБ Проводится опрос среди стартапов Состоялось мероприятие «Турецко-Азербайджанская торговая делегация и “B2B” встречи» В Имишли пройдет прием предпринимателей В Ярдымлинском районе состоялась встреча с предпринимателями В регионах состоялись встречи с предпринимателями Какими услугами больше всего воспользовались предприниматели в 2025 году Заслушаны обращения предпринимателей Азербайджанская продукция была встречена с интересом на Международной Халяльной Выставке в Мекке Проведен семинар для предпринимателей по изменениям в Налоговом Кодексе
Sahibkarlar üçün rəqəmsal transformasiya və süni intellekt mövzusunda görüş keçirilib 31.03.26
Sahibkarlar üçün rəqəmsal transformasiya və süni intellekt mövzusunda görüş keçirilib

Sahibkarların rəqəmsal transformasiya, kibertəhlükəsizlik və süni intellektin üstünlükləri barədə məlumatlandırılması üçün görüşlər davam etdirilir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Sahibkarlıqda rəqəmsal transformasiya, kibertəhlükəsizlik və süni intellekt ekosistemi” mövzusunda onlayn görüş keçirilib. Tədbirdə ölkənin bütün regionlarını təmsil edən 70-dən çox sahibkarlıq subyekti iştirak edib. 

Tədbirdə İqtisadiyyat və Ədliyyə nazirliklərinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin və nazirliyin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin nümayəndələri iştirak ediblər. 

Görüşdə sahibkarlar rəqəmsal alətlərin tətbiqi imkanları, süni intellekt texnologiyalarının biznes fəaliyyətində istifadəsi, bu texnologiyaların səmərəliliyinin artırılması, xərclərin optimallaşdırılması və yeni bazar imkanlarının yaradılması kimi üstünlükləri, həmçinin məlumatların qorunması və kiberhücumlar, süni intellektdən istifadə zamanı etik və hüquqi məsələlər barədə məlumatlandırılıb, onları maraqlandıran suallar aidiyyəti dövlət qurumlarının məsul şəxsləri tərəfindən cavablandırılıb.

Mövzunun aktuallığı və sahibkarların marağı nəzərə alınaraq müvafiq mövzuda görüşlər davam etdiriləcəkdir. 

Powered by Froala Editor