Мы связываем социально-экономическое развитие Азербайджана непосредственно с предпринимательством и его развитием.
Ещё 10 субъектов МСП получат выгоду от налоговой льготы По инициативе KOBİA будут проведены исследования внутреннего рынка в 10 направлениях К сведению предпринимателей, осуществляющих деятельность в городах Астара и Ленкорань! Ещё 10 субъектам МСП выданы «Свидетельства стартапа» Правовая форма для осуществления предпринимательской деятельности В Кюрдамирском районе организована очередная встреча с предпринимателями За какими услугами предприниматели обращались в Дома МСП В KOBİA проведён очередной приём граждан Какие мероприятия для предпринимателей будут организованы в августе? «Гянджинский Дом МСП» за первые три месяца деятельности оказал предпринимателям более 2000 видов услуг
Sahibkarlar arasında “Zavod” biznes-oyunu təşkil edilib 25.02.20
Sahibkarlar arasında “Zavod” biznes-oyunu təşkil edilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) kiçik və orta biznes (KOB) subyektlərinin biznesin idarə olunması sahəsində bilik və bacarıqlarının artırılması, sahibkar düşüncə tərzinin inkişaf etdirilməsi məqsədilə ilk dəfə olaraq yeni praktik təlim metodundan istifadə edib. Belə ki, 2015-ci ildən etibarən Rusiyada keçirilən və indiyədək 3 mindən çox sahibkar və menecerin yararlandığı "Zavod" komanda-biznes oyunu bu dəfə KOBİA-nın dəstəyi ilə Azərbaycan sahibkarları üçün təşkil olunub.

Bu məqsədlə fevralın 24-də Bakı Olimpiya Stadionunda KOBİA-nın təşkilatçılığı, dövlət qurumlarının, sahibkar və menecerlərin, iqtisadiyyat və idarəetmə sahəsində təhsil alan tələbələrin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Rusiyanın "Opora Rossii" təşkilatının vitse-prezidenti Eduard Omarov biznes oyununun sahibkarlar üçün əhəmiyyəti barədə məlumat veriblər. Qeyd edilib ki, praktik təlimlərin yeni formatı olan biznes oyun ilk dəfədir ki, Rusiyadan kənarda - Azərbaycanda təşkil olunub. “Zavod” biznes-oyununun məqsədi sahibkarlar arasında sahibkarlıq düşüncə tərzinin inkişaf etdirilməsi, biznes prosesləri barədə biliklərinin artırılması, komanda şəklində qərarların qəbulu və səmərəli danışıqların aparılması bacarıqlarının inkişaf etdirilməsidir. Biznes-oyun real sənaye müəssisəsinin iş prosesini simulyasiya edir. Biznes-oyunun Bakı ilə yanaşı, ölkə regionlarında fəaliyyət göstərən sahibkarlar arasında da təşkili nəzərdə tutulur.

Sonra iştirakçılara oyunun qaydaları barədə ətraflı məlumat verilib və 100-dən çox iştirakçıdan ibarət 5 komanda yaradılıb. 80 biznes prosesi üzrə sənaye müəssisəsinin işinin praktik şəkildə simulyasiya edildiyi "Zavod" biznes-oyununun qalibləri mükafatlandırılıb.

Tədbir çərçivəsində Rusiyanın "Opora Rossii" təşkilatının viste-prezidenti Eduard Omarov tərəfindən iştirakçılar üçün biznesin qurulması və inkişafı mövzusunda master klass keçirilib.

Powered by Froala Editor