Мы связываем социально-экономическое развитие Азербайджана непосредственно с предпринимательством и его развитием.
В Хызынском районе состоялась встреча с предпринимателями Вниманию микро- и малых предпринимателей, желающих представить свои товары и услуги на «Выставке презентации местных компаний!» ОБЪЯВЛЕНИЕ Проект «Женщины-предприниматели в успешном партнёрстве» завершён Растущая роль женщин в бизнесе: от государственной поддержки к устойчивому развитию Делегация Руанды ознакомилась с моделью дома МСБ Проводится опрос среди стартапов Состоялось мероприятие «Турецко-Азербайджанская торговая делегация и “B2B” встречи» В Имишли пройдет прием предпринимателей В Ярдымлинском районе состоялась встреча с предпринимателями
Regionlarda sahibkarlarla sahəvi görüşlər davam edir 14.05.26
Regionlarda sahibkarlarla sahəvi görüşlər davam edir

KOBİA-nın təşkilatçılığı ilə cari ilin yanvar-mart aylarında keçirilmiş sahəvi görüşlərdə 700-ə yaxın sahibkar iştirak edib.

May ayında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Bakı və Şəki şəhərlərində, Sabirabad, Gədəbəy, Füzuli, Yardımlı və Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda sahibkarlar üçün müxtəlif mövzularda sahəvi görüşlər keçiriləcək. Bu görüşlər sahibkarlıqla bağlı dövlətin dəstək mexanizmləri, arıçılıq və bal məhsullarının satışı, ekoturizm sahəsində imkanlar, sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi, gənclərin biznes fəaliyyətinə cəlb olunması, işğaldan azad edilmiş ərazilərdə ticarət və xidmət sahəsində imkanlar, orqanik məhsulların emalı və satışı kimi mövzuları əhatə edəcək. 

Onlayn və oflayn formatlarda təşkil olunacaq görüşlərdə KOBİA-nın və aidiyyəti dövlət qurumlarının nümayəndələri sahibkarlıq fəaliyyəti ilə bağlı yeniliklər, müvafiq sahələrdə imkanlar, dövlət dəstəyi mexanizmləri barədə məlumat verəcək, onları maraqlandıran sualları cavablandıracaq. 

Sahibkarlar may ayında keçiriləcək sahəvi görüşlər barədə ətraflı məlumatla bu linkə keçid etməklə tanış ola bilərlər: https://smbgovaz.short.gy/6HFTih 

Qeyd edək ki, KOBİA tərəfindən 2026-cı ilin yanvar-mart ayları ərzində ölkənin bütün regionlarını əhatə etməklə 26 sahəvi görüş və maarifləndirmə tədbiri keçirilib. Bu tədbirlərdə 700-ə yaxın KOB subyekti iştirak edib.




Powered by Froala Editor