Мы связываем социально-экономическое развитие Азербайджана непосредственно с предпринимательством и его развитием.
Ещё 10 субъектов МСП получат выгоду от налоговой льготы По инициативе KOBİA будут проведены исследования внутреннего рынка в 10 направлениях К сведению предпринимателей, осуществляющих деятельность в городах Астара и Ленкорань! Ещё 10 субъектам МСП выданы «Свидетельства стартапа» Правовая форма для осуществления предпринимательской деятельности В Кюрдамирском районе организована очередная встреча с предпринимателями За какими услугами предприниматели обращались в Дома МСП В KOBİA проведён очередной приём граждан Какие мероприятия для предпринимателей будут организованы в августе? «Гянджинский Дом МСП» за первые три месяца деятельности оказал предпринимателям более 2000 видов услуг
Ötən il KOB evlərində sahibkarlara 456 minə yaxın xidmət göstərilib 27.01.25
Ötən il KOB evlərində sahibkarlara 456 minə yaxın xidmət göstərilib

Sahibkarlar KOB evlərinə daha çox biznes fəaliyyəti üçün zəruri sənədlər, vergi və gömrük məsələləri, kommunal xidmətlər üçün müraciət ediblər.

2024-cü il ərzində KOB evlərində sahibkarlara ümumilikdə 455944 xidmət göstərilib. Bu xidmətlərin 307 mindən çoxu “Bakı KOB evi”nin, 112 mindən çoxu “Yevlax KOB evi”nin, 22 mindən çoxu “Xaçmaz KOB evi”nin, 14 min 600-dən çoxu isə “Xaçmaz KOB evi”nin Xudatdakı xidmət mərkəzinin payına düşür.

KOB evlərində sahibkarlara göstərilmiş xidmətlərin 408 minə yaxını dövlət qurumları (“G2B”), 48 mindən çoxu isə biznes qurumları (“B2B”) tərəfindən təqdim edilib. 

Sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, mənşə sertifikatı, fiziki şəxsin vergi uçotuna alınması və digər vergi məsələləri, gömrük, kommunal və digər ödənişlər, bank xidmətlərindən istifadə üçün müraciət ediblər.

Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edib.

Qeyd edək ki, KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxildir. KOB evlərində ümumilikdə 50-dən çox dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox “G2B” və “B2B” xidmətlər göstərilir.


Powered by Froala Editor