Мы связываем социально-экономическое развитие Азербайджана непосредственно с предпринимательством и его развитием.
Ещё 10 субъектов МСП получат выгоду от налоговой льготы По инициативе KOBİA будут проведены исследования внутреннего рынка в 10 направлениях К сведению предпринимателей, осуществляющих деятельность в городах Астара и Ленкорань! Ещё 10 субъектам МСП выданы «Свидетельства стартапа» Правовая форма для осуществления предпринимательской деятельности В Кюрдамирском районе организована очередная встреча с предпринимателями За какими услугами предприниматели обращались в Дома МСП В KOBİA проведён очередной приём граждан Какие мероприятия для предпринимателей будут организованы в августе? «Гянджинский Дом МСП» за первые три месяца деятельности оказал предпринимателям более 2000 видов услуг
Maliyyə resurslarına çıxış imkanlarına dair onlayn maarifləndirmə tədbiri keçirilib 02.05.19
Maliyyə resurslarına çıxış imkanlarına dair onlayn maarifləndirmə tədbiri keçirilib

Mayın 2-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlar üçün növbəti onlayn maarifləndirmə tədbiri təşkil olunub.

Sahibkarların maliyyə resurslarına çıxış imkanları və bu sahədə göstərilən xidmətlərə həsr olunmuş onlayn tədbirdən Bakıda, eləcə də ölkə regionlarında fəaliyyət göstərən 300-dən çox sahibkar yararlanıb.

Onlayn tədbir zamanı sahibkarların maliyyə resurslarına çıxış imkanları, bu sahədə göstərilən xidmətlər, dövlətin güzəştli kreditlərindən istifadə, maliyyə və bank sahəsindəki yeniliklər barədə təqdimatlar keçirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Təlimin keçirilməsi üçün Azərbaycan Dövlət İqtisad Universitetinin “UNEC Extern” mərkəzinin texniki imkanlarından istifadə edilib. Ekspert qismində onlayn tədbirə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Maliyyə Bazarlarına Nəzarət Palatası, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, İpoteka və Kredit Zəmanət Fondu, eləcə də ölkəmizdə fəaliyyət göstərən bir sıra bankların nümayəndələri cəlb olunub.

Onlayn tədbir çərçivəsində sahibkarlara ekspertlərə birbaşa müraciət etməklə yanaşı, suallarını yazılı olaraq göndərmək imkanı da yaradılıb. Yazılı müraciətlərin bir qismi ekspertlər tərəfindən təlim çərçivəsində operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən suallarla bağlı isə tədbirdən sonra sahibkarlara müvafiq məlumat verilib.

Qeyd edək ki, onlayn tədbir barədə sahibkarlar İqtisadiyyat Nazirliyinin www.economy.gov.az və KOBİA-nın www.smb.gov.az saytları, “Facebook” səhifələri, eləcə də KİV vasitəsilə əvvəlcədən məlumatlandırılıb.

Sahibkarların istənilən yerdən təlimə birbaşa qoşulması, təlimi canlı rejimdə izləməsi üçün KOBİA və Agentliyin ölkənin 12 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları tərəfindən sahibkarlara hər cür dəstək göstərilib.

Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə sahibkarlar tərəfindən daxil olan müraciətlər nəzərə alınaraq Agentlik tərəfindən mütəmadi olaraq onlayn maarifləndirmə tədbirləri keçirilir.

Powered by Froala Editor