Мы связываем социально-экономическое развитие Азербайджана непосредственно с предпринимательством и его развитием.
27 июня – Международный день микро-, малых и средних предприятий: МСП, меняющие мир В Балакене будет проведен приём предпринимателей Бизнесмены региона Нигде (Niğde) Турции посетили «Бакинский дом МСП» Инвестиционный портал: инструмент поддержки, объединяющий предпринимателей и инвесторов на одной платформе В рамках Форума частного сектора Группы Исламского банка развития организован Азербайджанский павильон Были объявлены победители конкурса для стартапов, проведённого в рамках Ежегодных собраний Группы Исламского банка развития Поддержка расширения возможностей продаж для МСП Проводится «7-я Выставка по продвижению местных компаний» В рамках 51-х ежегодных собраний Группы Исламского банка развития (ИБР), состоявшихся в Баку, были проведены Форум HELF и Форум AZHAB В рамках ежегодных собраний Группы Исламского банка развития в Баку проводится конкурс для стартапов
Kommunal xidmətlərə qoşulmaya dair sahibkarların sualları cavablandırılıb 12.06.19
Kommunal xidmətlərə qoşulmaya dair sahibkarların sualları cavablandırılıb

İyunun 12-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlar üçün növbəti onlayn maarifləndirmə tədbiri keçirilib.

Sahibkarların kommunal xidmətlərə qoşulması və bu sahədə həyata keçirilən xidmətlərə həsr olunmuş onlayn tədbirdən Bakıda, eləcə də ölkə regionlarında fəaliyyət göstərən 700-dən çox sahibkar yararlanıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə keçirilmiş tədbir zamanı “Azərişıq”, “Azərsu”, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” səhmdar cəmiyyətlərinin, “Azəriqaz” İstehsalat Birliyinin və “ASAN xidmət”in nümayəndələri kommunal xidmətlərə qoşulma, bu sahədə qanunvericiliyə edilmiş dəyişikliklər və yeniliklər barədə sahibkarlara məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.

Onlayn tədbir çərçivəsində sahibkarlara ekspertlərə birbaşa müraciət etməklə yanaşı, suallarını yazılı olaraq göndərmək imkanı da yaradılıb. Yazılı müraciətlərin bir hissəsi ekspertlər tərəfindən tədbir çərçivəsində operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən suallarla bağlı isə daha sonra sahibkarlara müvafiq məlumat veriləcəkdir.

Tədbir KOBİA-nın Facebook səhifəsi üzərindən birbaşa yayımlanıb.

Qeyd edək ki, onlayn tədbir barədə sahibkarlar İqtisadiyyat Nazirliyinin www.economy.gov.az və KOBİA-nın www.smb.gov.az saytları, “Facebook” səhifələri, eləcə də KİV vasitəsilə əvvəlcədən məlumatlandırılıb. Sahibkarların istənilən yerdən təlimə birbaşa qoşulması, təlimi canlı rejimdə izləməsi üçün KOBİA və Agentliyin ölkənin 13 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları tərəfindən sahibkarlara hər cür dəstək göstərilib.

KOBİA-ya sahibkarlardan daxil olan müraciətləri və onların məlumatlandırmaya olan ehtiyaclarını nəzərə alaraq mütəmadi olaraq onlayn maarifləndirmə tədbirləri təşkil edir. İndiyədək vergilər, gömrük, qida təhlükəsizliyi və maliyyə resurslarına çıxış imkanlarına dair keçirilmiş onlayn maarifləndirici tədbirlərdən 1500-dən çox sahibkar yararlanıb.

Powered by Froala Editor