Мы связываем социально-экономическое развитие Азербайджана непосредственно с предпринимательством и его развитием.
Ещё 10 субъектов МСП получат выгоду от налоговой льготы По инициативе KOBİA будут проведены исследования внутреннего рынка в 10 направлениях К сведению предпринимателей, осуществляющих деятельность в городах Астара и Ленкорань! Ещё 10 субъектам МСП выданы «Свидетельства стартапа» Правовая форма для осуществления предпринимательской деятельности В Кюрдамирском районе организована очередная встреча с предпринимателями За какими услугами предприниматели обращались в Дома МСП В KOBİA проведён очередной приём граждан Какие мероприятия для предпринимателей будут организованы в августе? «Гянджинский Дом МСП» за первые три месяца деятельности оказал предпринимателям более 2000 видов услуг
KOBİA yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib 09.01.25
KOBİA yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib

KOBİA yanında İctimai Şuranın yeni tərkibdə təşkil olunmuş ilk iclasında şuranın 2025-ci il üzrə Tədbirlər Planına dair fikir mübadiləsi aparılıb.

Məlumat verildiyi kimi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün seçkilər keçirilib və şuraya 15 vətəndaş cəmiyyəti institutunun nümayəndələrindən ibarət yeni üzvlər seçilib. 

KOBİA yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib. İclasda şuranın sədri seçilib. Belə ki, növbəti iki ildə KOBİA yanında İctimai Şuraya “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin İdarə Heyətinin sədri Samir Abdullayev rəhbərlik edəcək.

İclasda KOBİA yanında İctimai Şuranın gələcək fəaliyyətinə və 2025-ci il üzrə Tədbirlər Planına dair fikir mübadiləsi aparılıb və şura üzvlərinin təklifləri dinlənilib. 

Sonra KOBİA-nin İdarə Heyətinin sədri Orxan Məmmədov İctimai Şuranın üzvləri ilə görüşüb. Görüşdə Agentliklə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb. 

Qeyd edək ki, Agentlikdə ictimai iştirakçılığın gücləndirilməsi, kiçik və orta biznesin inkişafı ilə bağlı görülən tədbirlər və Agentliyin fəaliyyəti üzərində ictimai nəzarətin təmin olunması, qurum ilə ictimaiyyət, o cümlədən biznes ictimaiyyəti arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədilə KOBİA yanında İctimai Şura fəaliyyət göstərir. İndiyədək KOBİA yanında İctimai Şura tərəfindən müxtəlif mövzularda 43 ictimai müzakirə təşkil edilib. 2024-cü ildə keçirilmiş ictimai müzakirələr sahibkarlıq sahəsində qanunvericilik və islahatlar, yeni qəbul edilmiş Rəqabət Məcəlləsi, quşçuluq və reklam sektoruna həsr olunub və bu müzakirələrdə ümumilikdə 220-dən çox sahibkar iştirak edib.

Powered by Froala Editor