Мы связываем социально-экономическое развитие Азербайджана непосредственно с предпринимательством и его развитием.
Ещё 10 субъектов МСП получат выгоду от налоговой льготы По инициативе KOBİA будут проведены исследования внутреннего рынка в 10 направлениях К сведению предпринимателей, осуществляющих деятельность в городах Астара и Ленкорань! Ещё 10 субъектам МСП выданы «Свидетельства стартапа» Правовая форма для осуществления предпринимательской деятельности В Кюрдамирском районе организована очередная встреча с предпринимателями За какими услугами предприниматели обращались в Дома МСП В KOBİA проведён очередной приём граждан Какие мероприятия для предпринимателей будут организованы в августе? «Гянджинский Дом МСП» за первые три месяца деятельности оказал предпринимателям более 2000 видов услуг
KOBİA İT sistemlərini “Hökumət buludu”na köçürüb 05.02.25
KOBİA İT sistemlərini “Hökumət buludu”na köçürüb

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.

Fərmanın icrası çərçivəsində informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) olub.

KOBİA informasiya sistemləri və ehtiyatlarını tam şəkildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki “AznTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzinə yerləşdirib. AzInTelecom MMC tərəfindən KOBİA-ya Virtual server – IaaS (İnfrastructure-as-a-Service) və Rezervlənmə – BaaS (Backup-as-a-Service) “bulud” xidmətlərinin göstərilməsi təmin olunub. Bununla da agentlik kritik sistemlərin yüksək əlçatanlığını təmin edib.

Qeyd edək ki, RİNN tərəfindən həyata keçirilən “Hökumət buludu” layihəsinin icraçısı “AzInTelecom” MMC-dir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom”a məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

Powered by Froala Editor