Мы связываем социально-экономическое развитие Азербайджана непосредственно с предпринимательством и его развитием.
27 июня – Международный день микро-, малых и средних предприятий: МСП, меняющие мир В Балакене будет проведен приём предпринимателей Бизнесмены региона Нигде (Niğde) Турции посетили «Бакинский дом МСП» Инвестиционный портал: инструмент поддержки, объединяющий предпринимателей и инвесторов на одной платформе В рамках Форума частного сектора Группы Исламского банка развития организован Азербайджанский павильон Были объявлены победители конкурса для стартапов, проведённого в рамках Ежегодных собраний Группы Исламского банка развития Поддержка расширения возможностей продаж для МСП Проводится «7-я Выставка по продвижению местных компаний» В рамках 51-х ежегодных собраний Группы Исламского банка развития (ИБР), состоявшихся в Баку, были проведены Форум HELF и Форум AZHAB В рамках ежегодных собраний Группы Исламского банка развития в Баку проводится конкурс для стартапов
KOBİA ilə Azərbaycan Beynəlxalq Bankı arasında Niyyət Protokolu imzalanıb 05.04.19
KOBİA ilə Azərbaycan Beynəlxalq Bankı arasında Niyyət Protokolu imzalanıb

Aprelin 4-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Beynəlxalq Bankı arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. Sənəd kiçik və orta biznesə (KOB) dəstək məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Protokola uyğun olaraq, KOBİA və Azərbaycan Beynəlxalq Bankı dövlət və özəl sektor arasında əlaqələrin daha da genişləndirilməsi, innovativ təşəbbüslərin reallaşdırılması, startap, mikro, kiçik və orta biznes subyektlərinin dəstəklənməsi və inkişafı, sahibkarların maarifləndirilməsi kimi istiqamətlərdə birgə tədbir və layihələr həyata keçirəcək. Bu əməkdaşlıq KOB subyektlərinin sərgilərdə, təcrübə mübadiləsi proqramlarında iştirakının təmin olunması, qadın, gənc və ailə sahibkarlığının inkişafına dəstək, sahibkarlar üçün müvafiq təşviqedici kampaniyaların, konqreslərin və digər bu kimi tədbirlərin təşkili, KOB-ların maarifləndirilməsini əhatə edir.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Agentlik KOB-lara dəstək məqsədilə bu cür tərəfdaşlıq əlaqələrinin inkişafında maraqlıdır: “Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək birgə layihələr və tədbirlər kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsində, sahibkarların maarifləndirilməsində əhəmiyyətli olacaqdır. Son nəticədə isə bütün bunlar kiçik və orta sahibkarlıq subyektlərinin ölkə iqtisadiyyatındakı rolunun möhkəmləndirilməsinə xidmət edəcəkdir”.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bununla əlaqədar bildirib: “İri korporativ müştərilərimizlə yanaşı, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi, onların maliyyə xidmətlərinə çıxışının genişləndirilməsi bizim üçün prioritet məsələlərdəndir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə imzaladığımız Niyyət Protokolu inanırıq ki, bu məqsədlə planlaşdırdığımız layihələrin icrasına böyük töhfə verəcəkdir”.

Niyyət Protokoluna Azərbaycanın müxtəlif bölgələrində KOB inkişaf mərkəzlərinin yaradılması, sahibkarlara Azərbaycan Beynəlxalq Bankının təlim və innovasiya infrastrukturundan faydalanmaq üçün imkanların yaradılması, sahibkarların maliyyə savadlılığının artırılması kimi əhəmiyyətli təşəbbüslər də daxildir.

Powered by Froala Editor