Мы связываем социально-экономическое развитие Азербайджана непосредственно с предпринимательством и его развитием.
Возможности для инвестирования расширяются: механизм поощрения инвестиций теперь охватывает 17 стратегических направлений Освобождённые от оккупации территории предоставляют широкие возможности для инвесторов Проведена акция по сдаче крови, посвящённая Дню Памяти Делегация представителей организации RIYADA из Омана посетила «Бакинский Дом МСП» Будет проведена добровольная акция по сдаче крови Предприниматели могут обращаться в Дома МСП для получения лицензий Представители KOBİA приняли участие в международном семинаре, проведённом в Турции Состоялось очередное заседание постоянно действующей Координационной группы при KOBİA Завершились очередные профессиональные тренинги в рамках проекта «МСП Карабаха 2026» Продолжается оказание консультационных услуг для предпринимателей.
Kiçik və orta biznesin inkişafına həsr olunmuş panel sessiya keçirilib 23.09.25
Kiçik və orta biznesin inkişafına həsr olunmuş panel sessiya keçirilib

Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil edilən panel sessiyada dayanıqlı və inklüziv investisiya mühitinin yaradılması məqsədilə kiçik və orta biznesin gücləndirilməsi müzakirə olunub. 

 

Bakıda Prezident İlham Əliyevin himayəsi altında keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Dayanıqlı və inklüziv investisiya mühitinin yaradılması məqsədilə kiçik və orta biznesin (KOB) gücləndirilməsi” mövzusunda panel sessiya təşkil olunub.


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Elnur Əliyevin moderatorluğu ilə keçirilən panel sessiyada İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti xanım Manuela Traldi inklüziv investisiya strategiyasının həyata keçirilməsində KOB-ların strateji əhəmiyyəti barədə məlumat verib. Ticarət missiyaları, ölkələr arasında biznes forumlar, seminarlar və digər işgüzar görüşlərin KOB-ların gücləndirilməsində rolundan danışıb. 


Azərbaycan-Britaniya Ticarət Palatasının icraçı direktoru Zibər Hüseynova innovasiyaların tətbiqi və iqtisadi dayanıqlığın təmin edilməsində KOB-ların əhəmiyyəti və onların gələcəyini formalaşdıran əsas investisiya tendensiyaları barədə məlumat verib. 


Panel sessiyada “ZIRA Natural & Gourmet” brendinin təsisçisi Afət Əhmədova Azərbaycanda KOB-ların qarşısında duran əsas çağırışlar, qadın və gənc sahibkarların biznes fəaliyyətinin gücləndirilməsi barədə fikirlərini bölüşüb. 


Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyində özəl sektorun inkişafı üzrə baş mütəxəssisi Sənan Şabanov Bankın özəl sektorun inkişafına, xüsusilə də KOB-lara dəstək verdiyini, yerli banklar vasitəsilə kreditlərin ayrıldığını bildirib. Qadın sahibkarların fəaliyyətinə xüsusi önəm verildiyi qeyd edilib. Bildirilib ki, yeni texnologiya sahəsinin inkişafı məqsədilə innovativ maliyyə alətləri hazırlanır.


Tədbir iştirakçıları KOB-ların inkişafı üçün yaradılan imkanlar və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparıblar.     

 

Powered by Froala Editor