Мы связываем социально-экономическое развитие Азербайджана непосредственно с предпринимательством и его развитием.
Возможности для инвестирования расширяются: механизм поощрения инвестиций теперь охватывает 17 стратегических направлений Освобождённые от оккупации территории предоставляют широкие возможности для инвесторов Проведена акция по сдаче крови, посвящённая Дню Памяти Делегация представителей организации RIYADA из Омана посетила «Бакинский Дом МСП» Будет проведена добровольная акция по сдаче крови Предприниматели могут обращаться в Дома МСП для получения лицензий Представители KOBİA приняли участие в международном семинаре, проведённом в Турции Состоялось очередное заседание постоянно действующей Координационной группы при KOBİA Завершились очередные профессиональные тренинги в рамках проекта «МСП Карабаха 2026» Продолжается оказание консультационных услуг для предпринимателей.
İşçi Qrupu tərəfindən 441 zərər çəkmiş sahibkar fərdi qaydada qəbul edilib 01.04.19
İşçi Qrupu tərəfindən 441 zərər çəkmiş sahibkar fərdi qaydada qəbul edilib

Bakının Nizami rayonu ərazisindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardımın göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupu tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında sahibkarların fərdi qəbulu başa çatdırılıb.

29-31 mart tarixlərində İşçi Qrupu tərəfindən keçirilmiş qəbulda 441 sahibkar fərdi qaydada qəbul edilib. Qəbul zamanı 381 sahibkar 15 milyon manatadək İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına güzəştli kreditə ehtiyacının olduğunu bildirib və artıq sahibkarlarla işlərə başlanılıb.

Məlumat üçün qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış müzakirələr nəticəsində əldə edilmiş razılığa əsasən, sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən 7 ticarət mərkəzində ümumi sahəsi 30 min m2 olan 680-yə yaxın ticarət obyekti təklif olunub. Bu təkliflərə uyğun olaraq, 408 sahibkar ümumi sahəsi 12,4 min m2 olan ticarət obyektlərinə ehtiyacı barədə müraciət edib və bu istiqamətdə işlərə başlanılıb.

Zərər çəkmiş sahibkarlar müraciət etdiyi halda, əlavə qəbul təşkil ediləcəkdir.

Powered by Froala Editor