Hər bir biznes fəaliyyəti üçün dövlətdən lisenziya alınmalıdır?
21.04.26
Xeyr. Bütün fəaliyyət növləri lisenziyalaşdırılmır. Lisenziya əsasən tibb, təhsil, tikinti və qanunla nəzərdə tutulan bəzi sahibkarlıq sahələri üçün tələb olunur. Fəaliyyətə başlamazdan əvvəl "Lisenziyalar və icazələr" portalından sahənizin xüsusi icazə tələb edib-etmədiyini yoxlaya bilərsiniz. Qeyd edək ki, lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən təqdim edilən rəsmi sənəddir. Hər bir lisenziyalaşdırılan fəaliyyət növü üzrə dövlət rüsumu nəzərdə tutulur. Lisenziyalar müddətsiz verilir.
Powered by Froala Editor