Мы связываем социально-экономическое развитие Азербайджана непосредственно с предпринимательством и его развитием.
Делегация Руанды ознакомилась с моделью дома МСБ Проводится опрос среди стартапов Состоялось мероприятие «Турецко-Азербайджанская торговая делегация и “B2B” встречи» В Имишли пройдет прием предпринимателей В Ярдымлинском районе состоялась встреча с предпринимателями В регионах состоялись встречи с предпринимателями Какими услугами больше всего воспользовались предприниматели в 2025 году Заслушаны обращения предпринимателей Азербайджанская продукция была встречена с интересом на Международной Халяльной Выставке в Мекке Проведен семинар для предпринимателей по изменениям в Налоговом Кодексе
Belarus və Tatarıstanda virtual sərgilər keçiriləcək 08.06.20
Belarus və Tatarıstanda virtual sərgilər keçiriləcək

16 – 19 iyun 2020-ci il tarixində Belarus Respublikasının “Made in Belarus AgroFood” adlı ilk virtual aqrar sərgisi keçiriləcək. “Made in Belarus AgroFood” sərgisi kənd təsərrüfatı sektorunun iştirakçılarını, idxalçıları və ixracatçıları virtual məkanda bir araya gətirəcək. Sərgidə bütün təqdimatlar rus və ingilis dillərində aparılacaq. Virtual sərgi çərçivəsində kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən mütəxəssislərin iştirakı ilə ilk beynəlxalq aqrar virtual forumun da keçirilməsi planlaşdırılır.

Virtual sərgiyə ziyarətçi və ya iştirakçı kimi qatılmaq istəyən Azərbaycanın kiçik və orta biznes subyektləri məlumat üçün sərginin təşkilatçıları ilə əlaqə saxlaya bilərlər: telefon: +375 17 334 82 02, +375 44 509 12 08 (Viber, Telgram, WhatsApp), e-mail: Katerina@belinterexpo.by , internet səhifəsi: www.belinterexpo.by

Ənənəvi olaraq hər il Tatarıstan Respublikasında təşkil olunan “ВолгаCтройEкспо” İnşaat Sərgisi də bu il virtual formatda keçiriləcək. 17-19 iyun 2020-ci il tarixində təşkil olunacaq virtual sərgidə inşaat sektoruna dair məhsullar nümayiş olunmaqla yanaşı, bu sahənin nümayəndələrinin iştirakı ilə virtual görüş və tədbirlərin keçirilməsi də planlaşdırılır.

Azərbaycanın kiçik və orta biznes subyektləri məlumat üçün sərginin təşkilatçıları ilə əlaqə saxlaya bilərlər: telefon: +843 202 29 08, e-mail: expokazan05@mail.ru , internet səhifəsi: www.volgastroyexpo.expokazan.ru

Powered by Froala Editor