“Bakı KOB evi” mükafata layiq görülüb
01.05.26
“Bakı KOB evi” sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında əldə etdiyi uğurlara görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən mükafata layiq görülüb.
Mükafat 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilən tədbirdə “Bakı KOB evi”nə təqdim edilib.
Qeyd edək ki, “Bakı KOB evi” Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxildir və sahibkarlara müxtəlif dövlət və özəl qurumlar tərəfindən vahid məkanda xidmətlərin təqdim edildiyi mərkəzdir.
Powered by Froala Editor