Мы связываем социально-экономическое развитие Азербайджана непосредственно с предпринимательством и его развитием.
Ещё 10 субъектов МСП получат выгоду от налоговой льготы По инициативе KOBİA будут проведены исследования внутреннего рынка в 10 направлениях К сведению предпринимателей, осуществляющих деятельность в городах Астара и Ленкорань! Ещё 10 субъектам МСП выданы «Свидетельства стартапа» Правовая форма для осуществления предпринимательской деятельности В Кюрдамирском районе организована очередная встреча с предпринимателями За какими услугами предприниматели обращались в Дома МСП В KOBİA проведён очередной приём граждан Какие мероприятия для предпринимателей будут организованы в августе? «Гянджинский Дом МСП» за первые три месяца деятельности оказал предпринимателям более 2000 видов услуг
AQEM yanında İşgüzar Şuranın 7-ci iclası keçirilib 20.11.24
AQEM yanında İşgüzar Şuranın 7-ci iclası keçirilib

İclasda KOBİA-nın İşgüzar Şuraya sədrliyi dövründə şuranın gündəliyindəki prioritet istiqamətlər barədə məlumat verilib.  

Astana şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) yanında İşgüzar Şuranın 7-ci iclası keçirilib.

Onlayn formatda iclasda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov 2025-2026-cı illərdə AQEM-ə Azərbaycanın sədrliyi dövründə təşkilat yanında İşgüzar Şuranın gündəliyindəki prioritet məsələlər barədə məlumat verib. Qeyd edilib ki, əməkdaşlıq, innovasiya və dayanıqlı iqtisadi modellərə keçid vasitəsilə KOB-ların inkişafını stimullaşdıran dinamik platformanın yaradılması diqqət mərkəzində olacaq. Yaşıl iqtisadiyyata keçidin təşviqi, rəqəmsal transformasiya, e-ticarət və transsərhəd ticarətinin gücləndirilməsi, qadın sahibkarlığın inkişafı, dayanıqlı kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində innovasiyaların dəstəklənməsi İşgüzar Şuranın prioritetləri sırasında olacaq. KOBİA-nın İşgüzar Şuraya sədrliyi dövründə həmçinin qarşılıqlı biznes missiyaların təşkili və B2B əlaqələrin genişləndirilməsi fəal şəkildə dəstəklənəcək. AQEM-in Azərbaycanda keçiriləcək biznes forumu çərçivəsində sərginin təşkili də nəzərdə tutulur. Bu, üzv dövlətlərin bizneslərinə məhsul və xidmətlərini nümayiş etdirməklə regionda yeni əlaqələr qurmağa, ticarət və investisiya sahəsində əməkdaşlığı gücləndirməyə imkan verəcəkdir. 

Həmçinin iclasda KOBİA-nın nümayəndəsi Əmir Şirinbəyli Azərbaycanda rellaşdırılan yaşıl təşəbbüslər, Ticarət Şəbəkələri Assosiasiyasının sədri Samir Abdullayev isə KOB-ların dayanıqlı inkişafına dair məlumat veriblər.    

Qeyd edək ki, 2025-2026-cı illərdə AQEM-ə Azərbaycanın sədrliyi dövründə İşgüzar Şuraya KOBİA sədrlik edəcək. AQEM yanında İşgüzar Şuraya sədrlik cari ilin dekabrından KOBİA-ya keçəcəkdir. 

Powered by Froala Editor