Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Turizm sahəsində fəaliyyət göstərən sahibkarların nəzərinə!KOBİA yanında İctimai Şuranın yeni tərkibi müəyyən olundu KOBİA qadın sahibkarlığına dair onlayn forumda iştirak edib Elmi-praktik konfransda işğaldan azad olunmuş ərazilərdə biznesin inkişafı müzakirə edilib İstanbulda təşkil edilən və ölkəmizin də təmsil olunduğu “MUSİAD Expo 2020” sərgisi başa çatıb
Qarabağ Azərbaycandır şüarı ilə Azərbaycan beynəlxalq sərgidə təmsil olunacaq 16.11.2020
Qarabağ Azərbaycandır şüarı ilə Azərbaycan beynəlxalq sərgidə təmsil olunacaq

18-21 noyabr tarixlərində İstanbul şəhərində Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Birliyinin (MÜSİAD) təşkilatçılığı ilə keçiriləcək “MUSİAD Expo 2020” Sərgisində Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin iqtisadi və investisiya potensialı nümayiş olunacaq.

Azərbaycan sərgidə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Qarabağ Azərbaycandır (“Karabakh is Azerbaijan”) stendi ilə təmsil olunacaq. Stend Qarabağın incisi olan Şuşa şəhərində yerləşən Yuxarı Gövhər Ağa Məscidinin formasında dizayn ediləcək.

Sərgidə iştirakda məqsəd Azərbaycanın işğaldan azad olunmuş rayonlarının zəngin sərvətləri, faydalı qazıntıları, turizm potensialı və mədəni irsi barədə Türkiyə və xarici investorları məlumatlandırmaq, bu ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçiriləcək geniş quruculuq və bərpa işlərinə, biznesin qurulmasına xarici investorları cəlb etməkdir.

“Karabakh is Azerbaijan” stendində işğaldan azad edilmiş rayonların mədəni irsini, iqtisadi və investisiya imkanlarını əks etdirən foto və video materiallar sərgilənəcək, eləcə də ölkəmizin sənaye potensialına və rəqabətqabiliyyətli məhsullarına dair məlumatlar yerləşdiriləcək.

Qeyd edək ki, “MUSİAD Expo 2020” sərgisində dünyanın 80-dən çox ölkəsindən olan şirkətlərin məhsulları nümayiş olunacaq, sərgi çərçivəsində bir sıra tədbirlər, o cümlədən beynəlxalq biznes forum, iş adamları arasında ikitərəfli görüşlər və s. keçiriləcəkdir.