Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Turizm sahəsində fəaliyyət göstərən sahibkarların nəzərinə!KOBİA yanında İctimai Şuranın yeni tərkibi müəyyən olundu KOBİA qadın sahibkarlığına dair onlayn forumda iştirak edib Elmi-praktik konfransda işğaldan azad olunmuş ərazilərdə biznesin inkişafı müzakirə edilib İstanbulda təşkil edilən və ölkəmizin də təmsil olunduğu “MUSİAD Expo 2020” sərgisi başa çatıb
KOBİA-da Türkiyənin “TÜMKİAD” İş adamları və Girişimçilər Dərnəyinin nümayəndələri ilə görüş keçirilib 17.11.2020
KOBİA-da Türkiyənin “TÜMKİAD” İş adamları və Girişimçilər Dərnəyinin nümayəndələri ilə görüş keçirilib

Azərbaycanda səfərdə olan Türkiyənin “TÜMKİAD” İş adamları və Girişimçilər Dərnəyinin prezidenti Nihat Tanrıkulun rəhbərlik etdiyi nümayəndə heyəti Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.

Qeyd edək ki, 2017-ci ildə yaradılmış TÜMKİAD Türkiyənin iş adamlarının birliyidir və sıralarında iqtisadiyyatın 27 sektoru üzrə 350-dən çox şirkəti birləşdirir.

Agentliyin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənovla keçirilmiş görüşdə Nihat Tanrıkulu səfərin məqsədinin Azərbaycanla həmrəylik nümayiş etdirmək olduğunu vurğulayıb, TÜMKİAD iş adamları adından qələbə münasibətilə ölkəmizi təbrik edib və Azərbaycana dəstək üçün TÜMKİAD-ın bütün imkanlarını cəlb etməyə hazır olduqlarını bildirib.

KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov ölkəmizlə həmrəyliyə və bu məqsədlə təşkil olunmuş səfərə görə nümayəndə heyətinə təşəkkürünü bildirib, KOBİA-nın fəaliyyəti və KOB-lara göstərilən dəstək, KOB sahəsində Türkiyənin müvafiq qurumları ilə əməkdaşlıq, eyni zamanda Azərbaycanın biznes və investisiya imkanları, o cümlədən işğaldan azad olunmuş ərazilərimizin zəngin iqtisadi və investisiya potensialı barədə məlumat verib, birgə əməkdaşlığa dair fikirlərini bölüşüb.

Görüşdə həmçinin, ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, o cümlədən işğaldan azad olunmuş Azərbaycan ərazilərində yenidənqurma və bərpa işlərinə Türkiyəli iş adamlarının cəlb olunması və investisiya qoyuluşu imkanları müzakirə edilib.