Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Turizm sahəsində fəaliyyət göstərən sahibkarların nəzərinə!KOBİA yanında İctimai Şuranın yeni tərkibi müəyyən olundu KOBİA qadın sahibkarlığına dair onlayn forumda iştirak edib Elmi-praktik konfransda işğaldan azad olunmuş ərazilərdə biznesin inkişafı müzakirə edilib İstanbulda təşkil edilən və ölkəmizin də təmsil olunduğu “MUSİAD Expo 2020” sərgisi başa çatıb
KOB könüllüləri “Əsgərə məktub” layihəsinə qoşulub 27.10.2020
KOB könüllüləri “Əsgərə məktub” layihəsinə qoşulub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) könüllüləri Azərbaycan ordusuna mənəvi dəstək məqsədilə “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsinə qoşulub.

Ölkənin 21 şəhər və rayonunda fəaliyyət göstərən “KOB Dostu” ofislərinin və Xaçmaz KOB evinin 50-yə yaxın könüllüsü “ASAN xidmət” mərkəzlərindən və www.esgeremektub.az saytından istifadə etməklə Azərbaycan əsgərlərinə məktublar göndəriblər.

“KOB könüllüləri”nin məktublarında əsgərlərimizin Vətənimizin ərazi bütövlüyü uğrunda apardığı mübarizədən, işğaldan azad olunmuş şəhər və kəndlərimizdə üçrəngli bayrağımızın dalğalanmasından fəxrlə bəhs edilir, tarix yazan müzəffər Azərbaycan Ordusunun mənfur düşmənə qarşı göstərdiyi rəşadətə görə minnətdarlıq ifadə olunur.