Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOB könüllüləri “Əsgərə məktub” layihəsinə qoşulubBakı KOB İnkişaf Mərkəzi və bank olmayan kredit təşkilatları əməkdaşlıq edəcək Azərbaycanda sosial sahibkarların beynəlxalq onlayn forumu keçiriləcək"AZƏRTAC"da KOBİA-nın özünüməşğulluğa dəstəyinə dair məqalə yerləşdirilibXaçmaz KOB İnkişaf Mərkəzində qadın sahibkarlar üçün təlimlər keçirilib
Ermənistanın hərbi təxribatından ziyan çəkmiş sahibkarların nəzərinə! 05.10.2020
Ermənistanın hərbi təxribatından ziyan çəkmiş sahibkarların nəzərinə!






Məlum olduğu kimi cari ilin 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı növbəti hərbi təxribat nəticəsində mülki əhaliyə, infrastruktur obyektlərinə, dövlət əmlakına, eləcə də sahibkarlıq subyektlərinə ziyan dəymişdir.

Sahibkarlıq subyektlərinə dəymiş ziyanın müəyyən olunması istiqamətində tədbirlər görülür və müvafiq məlumatlar toplanır.

Sahibkarlıq subyektlərindən Ermənistanın son hərbi təxribatı nəticəsində dəymiş ziyan barədə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məlumat vermələri xahiş olunur (Forma).

Əlaqə telefonu: (012) 404 04 01 (daxili 187), (055) 200 02 96 (Rauf Tağıyev), e-mail: rauf.taghiyev@smb.gov.az.