Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Turizm sahəsində fəaliyyət göstərən sahibkarların nəzərinə!KOBİA yanında İctimai Şuranın yeni tərkibi müəyyən olundu KOBİA qadın sahibkarlığına dair onlayn forumda iştirak edib Elmi-praktik konfransda işğaldan azad olunmuş ərazilərdə biznesin inkişafı müzakirə edilib İstanbulda təşkil edilən və ölkəmizin də təmsil olunduğu “MUSİAD Expo 2020” sərgisi başa çatıb
"AZƏRTAC"da KOBİA-nın özünüməşğulluğa dəstəyinə dair məqalə yerləşdirilib 26.10.2020
"AZƏRTAC"da KOBİA-nın özünüməşğulluğa dəstəyinə dair məqalə yerləşdirilib




Özünüməşğulluq proqramı əsasən sosial müdafiə tədbiri kimi qiymətləndirilsə də, proqram mikro və kiçik sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər üçün də əlverişli imkanlar yaradır. Azərbaycan Republikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də özünüməşğulluq proqramına dəstək göstərən qurumlar sırasındadır. KOBİA vətəndaşların özünüməşğulluq proqramına qoşulmasına, eləcə də proqram iştirakçısı olmuş və müxtəlif aktivlərlə təmin edilərək öz təsərrüfatını qurmuş şəxslərin biznesinin inkişafına dəstək olur. Bu dəstək özünüməşğulluq proqramı, eləcə də agentliyin iştirakçısı olduğu digər layihələr çərçivəsində həyata keçirilir. KOBİA özünüməşğulluq proqramına qoşulmuş iştirakçıları potensial mikro və kiçik sahibkarlar kimi dəyərləndirir və proqramın müxtəlif mərhələlərində iştirakçılara dəstək göstərir. Ümumiyyətlə, agentlik özünüməşğulluq proqramının uğurunu iştirakçıların mikro və kiçik sahibkarlıq subyektlərinə çevrilməsində görür. "AZƏRTAC" İnformasiya Agentliyində yerləşdirilmiş məqalədə də KOBİA-nın özünüməşğulluq proqramına dəstəyindən bəhs edilir.

Məqalə ilə daha ətraflı bu linkdən tanış olmaq olar - https://bit.ly/3jvMMb9