Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
TİKA Azərbaycanın işğaldan azad olunmuş rayonlarında KOB sektorunun inkişafında maraqlıdır KOBİA-nın tərəfdaşlığı ilə Sosial Sahibkarların Beynəlxalq Forumu keçirilibSahibkarlar üçün onlayn görüş imkanı yaradılıbKOB könüllüləri “Əsgərə məktub” layihəsinə qoşulubBakı KOB İnkişaf Mərkəzi və bank olmayan kredit təşkilatları əməkdaşlıq edəcək
​Azərbaycanın nümayəndəsi BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinə üzv seçilib 16.09.2020
​Azərbaycanın nümayəndəsi BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinə üzv seçilib


Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Şurasının (ECOSOC) sentyabrın 14-də keçirilmiş iclasında BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin 2021-2024-cü illər üzrə üzvlüyünə seçkilər keçirilib.

Seçkilərin nəticələrinə əsasən, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Nadir Adilov komitənin üzvü seçilib.

Qeyd edək ki, 1985-ci ildə təsis edilmiş BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxalq Paktın müddəalarının həmin Pakta tərəf dövlətlər tərəfindən icrasının monitorinqini aparır.

18 üzvdən ibarət olan Komitəyə ilk dəfədir ki, Azərbaycan nümayəndəsi üzv seçilir.