Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Startapçı Azərbaycanda ilk dəfə “ağıllı mətbəx” yaradıb 5-ci qrant müsabiqəsinə sənəd qəbulu davam edir 184 kommersiya mübahisəsi “Bakı KOB evi”ndə fəaliyyət göstərən mediasiya məkanında müsbət həll olunub “KOB-ların inkişafı - sahibkarlıq təlimləri” keçirilib “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” üzrə İşçi Qrupunun iclası keçiriləcək Klasterləşmə ilə bağlı onlayn görüş keçirilib "AIM Congress" çərçivəsində baş tutan milli tura qeydiyyat başladı! İtaliya şirkəti ilə görüş keçirilib “Gənc startap” sahibkarlıq təlimləri başa çatdı Ucarda sahibkarlarla görüş keçirilib, KOB dostu ofisi fəaliyyətə başlayıb
Sədrin müraciəti

Hörmətli sahibkarlar,

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin davamlı inkişaf siyasətinin aparıcı istiqaməti olan sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi məqsədilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətə başlaması münasibətilə Sizi təbrik edir və Agentliyin internet səhifəsi vasitəsilə Sizi salamlamaqdan məmnunluq duyuram.

Məlum olduğu kimi, ötən illər ərzində cənab Prezidentin müəyyən etdiyi strateji xəttin ardıcıl reallaşması və bu məqsədlə həyata keçirilən sistemli islahatlar nəticəsində sahibkarlığın ölkə iqtisadiyyatında rolu əhəmiyyətli dərəcədə artmışdır. Təbii ki, bu biznes mühitin əlverişliliyinin artırılması, sahibkarlığa çoxsaylı dəstək mexanizmlərinin yaradılması ilə mümkün olmuşdur. Fəaliyyətimiz bu illər ərzində qazanılmış uğurlara söykənərək hazırki inkişaf mərhələsinin çağırışlarına uyğun siyasətin həyata keçirilməsinə yönələcəkdir.

Əsas məqsədimiz kiçik və orta biznes üçün dəstək tədbirlərinin əhatə dairəsinin, biznes mühitinin əlverişliliyinin daha da artırılması, tənzimləmə sisteminin səmərəliliyinin yüksəldilməsi, idarəetmədə şəffaflığın tam təmin edilməsi vasitəsilə bu sektorun davamlı inkişafına nail olmaqdan ibarət olacaqdır. Hazırda Agentlik tərəfindən yaradılmaqda olan KOB Evləri və vahid elektron platforma üzərindən e-KOB portalı çoxsaylı dəstək və xidmətlərə rahat, maneəsiz çıxış imkanlarınızı təmin edəcəkdir. Hədəfimiz qurumu sahibkarın dostu kimi önəmli missiyanın daşıyıcısına çevirməkdir.

Bu hədəflərə nail olmaq üçün fəaliyyətimizi sahibkarlarla, onların ictimai birlikləri ilə sıx əməkdaşlıq şəraitində həyata keçirəcəyik. Bu baxımdan, Sizi əməkdaşlığa dəvət edir və birgə səylərimizin ölkə Prezidentinin müəyyən etdiyi strateji xəttin reallaşmasına əhəmiyyətli tövhə verəcəyinə əminliyimi Sizinlə bölüşürəm.

 

İdarə Heyətinin sədri

Orxan Məmmədov

Powered by Froala Editor