Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOB könüllüləri “Əsgərə məktub” layihəsinə qoşulubBakı KOB İnkişaf Mərkəzi və bank olmayan kredit təşkilatları əməkdaşlıq edəcək Azərbaycanda sosial sahibkarların beynəlxalq onlayn forumu keçiriləcək"AZƏRTAC"da KOBİA-nın özünüməşğulluğa dəstəyinə dair məqalə yerləşdirilibXaçmaz KOB İnkişaf Mərkəzində qadın sahibkarlar üçün təlimlər keçirilib
KOB maraqlarının müdafiəsi


Sahibkarların şikayətlərini qəbul etmək, araşdırmaq, çevik həlli ilə bağlı müvafiq tədbirlər görmək, habelə KOB subyektlərinin qanuni maraqlarının qorunması vəziyyətinin qiymətləndirilməsi məqsədilə araşdırmalar, təhlillər, monitorinqlərin təşkili məqsədilə Agentlikdə Kiçik və orta biznesin maraqlarının müdafiəsi departamenti fəaliyyət göstərir.

Departamentin əsas fəaliyyət istiqamətlərindən biri də kiçik və orta biznes subyektlərinin maraqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarların fəaliyyətinə dair normativ hüquqi aktların hazırlanmasına və təkmilləşdirilməsinə dair təkliflər vermək, layihələrin hazırlanmasında iştirak etmək, həmçinin sahibkarların fəaliyyəti ilə əlaqədar yarana biləcək mübahisələri məhkəmədənkənar qaydada mediasiya yolu ilə həll etməkdir.

KOB subyektlərinin maraqlarının qorunması mexanizmlərinə dair onların maarifləndirilməsi istiqamətində mütəmadi tədbirlər keçirmək və bu mexanizmlərin tətbiqində KOB subyektlərinə yardımçı olmaq da departamentin fəaliyyət istiqamətlərindəndir.

Həmçinin, departament KOB subyektlərində dövlət nəzarətini həyata keçirən təşkilatlar tərəfindən keçirilən yoxlamalarda qanunvericiliklə müəyyən edilmiş qayda və hallarda müşahidəçi kimi iştirak etmək hüququna malikdir.