Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOB könüllüləri “Əsgərə məktub” layihəsinə qoşulubBakı KOB İnkişaf Mərkəzi və bank olmayan kredit təşkilatları əməkdaşlıq edəcək Azərbaycanda sosial sahibkarların beynəlxalq onlayn forumu keçiriləcək"AZƏRTAC"da KOBİA-nın özünüməşğulluğa dəstəyinə dair məqalə yerləşdirilibXaçmaz KOB İnkişaf Mərkəzində qadın sahibkarlar üçün təlimlər keçirilib
Daxili bazar araşdırmaları


Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli Fərmanına uyğun olaraq, ölkəmizdə rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarının aparılması üçün mikro, kiçik və orta sahibkarlıq subyektlərinə informasiya və maliyyə dəstəyi göstərilir.

Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılanır. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilər.

Hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödəniləcək dəstək məbləği 20 min manata qədərdir. Bazar araşdırmasının aparılması üçün sahibkarlar fərdi və ya qrup halında müraciət edə bilərlər.

Daxili bazar araşdırmalarının aparılması üçün dəstək tədbirləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən təşkil edilir.

Yeni məhsul və xidmətlər yaratmaq, biznesini genişləndirmək istəyən sahibkarlar daxili bazar araşdırmasının aparılması üçün KOBİA-nın internet saytındakı müvafiq ƏRİZƏ FORMASINI dolduraraq Agentliyə birbaşa və ya elektron (info@smb.gov.az) müraciət edə bilərlər.

Ətraflı məlumat üçün: 131 Çağrı Mərkəzi, (012) 404 04 01.




Daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi üçün Nümunəvi Ərizə Forması

TƏQDİMAT

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi QAYDASI