Mikro, kiçik və orta sahibkarların bilik və bacarıqlarının artırılması, innovasiyalara çıxışının genişləndirilməsi, müasir çağırışlara uyğun təlimlərin təşkili və praktik məsləhət xidmətlərinin göstərilməsi biznesin qurulması və inkişafı üçün əhəmiyyətlidir.
Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturunda Bakı, Sumqayıt, Xaçmaz, Yevlax və Şəki şəhərlərində yerləşən 5 KOB inkişaf mərkəzi (KOBİM) fəaliyyət göstərir.
Bakı KOB İnkişaf Mərkəzi Bakı şəhəri, Sumqayıt KOB İnkişafı Mərkəzi Abşeron iqtisadi rayonu, Xaçmaz KOB İnkişafı Mərkəzi Quba-Xaçmaz iqtisadi rayonu, Yevlax KOB İnkişafı Mərkəzi Aran iqtisadi rayonu, Şəki KOB İnkişafı Mərkəzi isə Şəki-Zaqatala iqtisadi rayonu və ətraf şəhər və rayonlarda fəaliyyət göstərən sahibkarlara, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə xidmət edir.
KOB inkişaf mərkəzlərində aşağıdakı istiqamətlər üzrə təcrübəli və peşəkar ekspertlər tərəfindən təlim və seminarlar keçirilir, fərdi və qrup halında məsləhət xidmətləri göstərilir, KOB-ların şəbəkələşməsinə, beynəlxalq proqramlarda iştirakına, maliyyə resurslarına çıxışına və s. dəstək təmin olunur:
- Biznesin planlaşdırılması
- Marketinq
- Bazar araşdırması
- Satış
- Biznes sahəsində qanunvericilik
- Maliyyənin idarə olunması
- İnsan resurslarının idarə edilməsi
- İxrac və s.
Mərkəzlərdə həmçinin, innovativ sahibkarlığa, startaplara və ailə biznesinə dəstək göstərilir, qadınlar, əlilliyi olan şəxslər və gənclər arasında sahibkarlığın təşviqi, KOB-ların məlumatlandırılması istiqamətində digər tədbirlər həyata keçirilir.
KOB inkişaf mərkəzlərində göstərilən bütün xidmətlər ödənişsizdir.
KOB inkişaf mərkəzlərində göstərilən xidmətlərin təşkili özəl sektor – Azərbaycan Bank Tədris Mərkəzi, “Universitas İnternational” MMC, "Yerli İdarəetməyə Yardım" İctimai Birliyi və "Prima consulting" MMC tərəfindən həyata keçirilir.
Powered by Froala Editor
Ünvan: Bakı şəhəri, S.Vurğun küçəsi, 143, “World Business Center”, 10-cu mərtəbə
Əlaqə telefonu: (+994 12) 497 07 10/11/12, mobil/whatsapp: (+994 50) 225 38 88
E-mail: baki@kobim.az
WEB: www.baki.kobim.az
Powered by Froala Editor
Ünvan: Sumqayıt şəhəri, Sülh küçəsi 26, Sumqayıt Biznes Mərkəzi, 2-ci mərtəbə
Əlaqə telefonu: (+994 55) 209 30 75
E-mail: sumqayit@kobim.az
Powered by Froala Editor
Ünvan: Xaçmaz şəhəri, Bakı prospekti, 45
Əlaqə telefonu: (+994 55) 222 15 04
E-mail: xacmaz@kobim.az
WEB: www.xacmaz.kobim.az
Powered by Froala Editor
Ünvan: Yevlax şəhəri, Bakı prospekti, 5, Aran Regional İnkişaf Mərkəzi
Əlaqə telefonu: (+994 22) 337 81 72, (+994 77) 223 30 35/36
E-mail: yevlax@kobim.az
WEB: www.yevlax.kobim.az
Powered by Froala Editor
Ünvan: Şəki şəhəri, Heydər Əliyev prospekti, 216
Əlaqə telefonu: (+994 55) 206 90 32
E-mail: info@kobim.az
WEB: www.sheki.kobim.az
Powered by Froala Editor