Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOB sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb Kənd qonaq evləri - ölkə turizminin inkişafında yeni səhifə Beynəlxalq təhlilçi Hamdi Rifai ilə görüş keçirilib KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsinə başlanılıb Korrupsiyaya qarşı mübarizəyə dair tədbir keçirilib UNDP-nin Azərbaycan üzrə rezident nümayəndəsi ilə görüş keçirilib “İstehlakçı hüquqlarının qorunmasında dövlət orqanlarının rolu” mövzusunda konfrans keçirilib Almaniya-Azərbaycan birgə Proqramının məzunları üçün seminar keçirilib KOBİA nümayəndələri "VMF Natural Frequencies" saat fabrikində olub bp yerli KOB-lara dəstək olacaq
Dövlət-Özəl Sektor Tərəfdaşlığı

Powered by Froala Editor

DÖST  - Beynəlxalq miqyasda dövlət-özəl sektor tərəfdaşlığı (DÖST) PPP (Public Private Partnership) kimi tanınır, ictimai (dövlət) infrastruktur və ya xidmətlərin təmin edilməsi üçün dövlət və özəl sektor arasında uzunmüddətli müqavilədir və burada özəl sektor müəyyən risklər və idarəetmə məsuliyyətini daşıyır, eləcə də özəl sektora edilən ödəniş fəaliyyətin nəticələrinə əsaslanır. Bu tipli layihələrin icrası ilə dövlət, mülkiyyət və ya nəzarət mexanizmlərini özündə saxlamaqla onun tərəfindən göstərilən bir sıra xidmətləri özəl sektora ötürür və nəticədə dövlət əvvəlcədən müəyyən etdiyi tələblərə uyğun keyfiyyətli infrastruktura, əhali isə keyfiyyətli xidmətə sahib olur.

DÖST modelləri – Beynəlxalq təcrübədə DÖST layihələrinin növləri cəlb olunan aktivin forması (yeni və ya mövcud), özəl sektora həvalə olunan funksiyalar (layihələndirmə, tikinti/yenidənqurma, maliyyələşdirmə, texniki xidmət və istismar) və ona edilən ödəniş (istifadəçilər tərəfindən ödəniş, hökumət tərəfindən ödəniş və ya bunların hər ikisi) kimi parametrlərin kombinasiyasından asılı olaraq dəyişir. Ümumilikdə təcrübədə 10-dan çox DÖST modeli tətbiq edilir. Bunlara misal olaraq, “Tik-İdarə etTəhvil ver” (Build-Operate-Transfer), “Tik-Sahib ol-İdarə et-Təhvil ver” (Build-OwnOperate-Transfer), “Tik-Sahib ol-İdarə et” (Build-Own-Operate), “Tik-Təhvil ver-İstismar et” (Build-Transfer-Operate) və s. qeyd etmək olar.

DÖST modelinin xüsusiyyətləri - İnfrastruktur obyektinin həm tikinti, həm də nəzərdə tutulan istismar müddəti ərzində onunla bağlı xərclərin və əldə olunacaq gəlirlərin nəzərə alınması xidmət təminatının effektivliyini yüksəldir. Optimal risk bölgüsü istənilən DÖST sxeminin əsas prinsipidir. Layihənin icrası çərçivəsində potensial risklər müəyyən edilir və dövlət və özəl sektor arasında bölünür. Bu zamana risklər onları daha səmərəli idarə edən tərəfə yönəldilir. DÖST modelinin digər mühüm elementi fəaliyyətin nəticəsinə görə məsuliyyət daşımaqdır. Belə ki, dövlət tərəfindən özəl sektora ödənişlər əvvəlcədən müəyyən edilmiş kəmiyyət, keyfiyyət və müddət normalarına uyğun görülmüş iş və ya əldə edilmiş nəticə əsasında həyata keçirilir. Eyni zamanda, DÖST layihəsinin hazırlanması zamanı təfərrüatlı araşdırma və təhlillər, o cümlədən “pula görə dəyər” (value for money), ənənəvi satınalma ilə müqayisə (public sector comparator), texniki iqtisadi əsaslandırma və s. həyata keçirilir ki, bu da uyğun layihənin seçilməsinə və uğurla həyata keçirilməsinə əlverişli imkan yaradır.

DÖST üstünlükləri: 

Dövlət üçün:

  • Alternativ maliyyələşmə mexanizmlərinin tətbiqi ilə infrastruktur layihələrinin icrasına yerli və xarici sərmayəçilərin cəlb edilməsi;
  • Dövlət büdcəsində nəzərdə tutulan investisiya xərclərinin optimallaşdırılması;
  • Ölkə infrastrukturunun özəl sektorun iştirakı ilə yenilənməsi;
  • Dövlət və ya ictimai xidmətlərin təşkilində keyfiyyətin yüksəldilməsi;
  • İnvestorun təcrübəsindən, səriştəsindən və müasir yanaşmalarından (innovasiyalar) istifadə etmək imkanı;
  • Özəl sektorla riskləri bölüşmək.

İnvestor üçün:

  • Uzunmüddətli, geri qaytarıla bilən investisiya;
  • Dövlətin iştirakı ilə layihənin həyata keçirilməsi (büdcədən layihənin qismən maliyyələşdirilməsi imkanı);
  • Əlavə zəmanət əldə etmə imkanı;
  • Riskləri dövlətlə bölüşmək;
  • Özəl sektorun iqtisadiyyat və idarəetmədə iştirakının genişləndirilməsi.

Powered by Froala Editor

Azərbaycanda dövlət-özəl sektor tərəfdaşlığı mühiti 

Hazırda Azərbaycanda DÖST mühiti “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşməsi əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli Qanunu ilə tənzimlənir.

Eyni zamanda, sözügedən qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2016-cı il tarixli Fərmanı ilə “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən “Tik-idarə et-təhvil ver” modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası” və Maliyyə Nazirliyinin Kollegiyasının 22 may 2017-ci il tarixli Q-06 nömrəli Qərarı ilə “Tik-idarə et-təhvil ver” modeli çərçivəsində bağlanılmış müqavilələr üzrə əməkdaşlıq yardımının və qarantiya öhdəliyinin həcminin hesablanması metodikası barədə Qayda” təsdiq edilib. Qeyd edilən hüquqi çərçivə ölkədə DÖST layihələrinin “Tik-İdarə Et-Təhvil ver (TİT)” modeli əsasında həyata keçirilməsini nəzərdə tutur.

Azərbaycanda aşağıdakı istiqamətlərdə DÖST layihələri “TİT” modeli əsasında həyata keçirilə bilər:

  •  körpülər, tunellər;
  •  su anbarları, sutəmizləmə qurğuları, suvarma, içməli və məişət su, habelə kanalizasiya sistemləri, o cümlədən magistral qaz kəmərləri, yeraltı qaz anbarları, şəhərdaxili qaz şəbəkələri;
  •  mətbuat və konfrans mərkəzləri, habelə təhsil, səhiyyə, mədəniyyət və turizm obyektləri;
  •  kommersiya məqsədli binalar, topdansatış bazarları, fabriklər və zavodlar;
  •  idman mərkəzləri, yataqxanalar, istirahət və əyləncə parkları;
  •  sənaye parkları, yüksək texnologiya parkları, aqroparklar, yüksək texnologiyalara əsaslanan avtomatlaşdırılmış idarəetmə sistemləri və informasiya texnologiyaları sahəsində digər sistemlər;
  • kənd təsərrüfatı məhsullarının tədarük anbarları və bu tipli digər obyektlər;
  • geotermik və tullantıların istilikyaratma qabiliyyəti əsasında işləyən obyektlər və qızdırıcı sistemlər, elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və satışı ilə məşğul olan müəssisələr;
  • şoselər, avtomagistrallar, dəmir yolu və relsli sistemlər, avtovağzal kompleksləri, stansiyalar, funikulyor və qaldırıcı sistemlər, logistika mərkəzləri, yeraltı və yerüstü avtomobil dayanacaqları, metro xətləri və stansiyaları;
  • xüsusi iqtisadi zonalar, mülki məqsədlərlə istifadə edilən dəniz və hava limanları, yük, sərnişindaşıma və yaxta limanlarından ibarət komplekslər.

Powered by Froala Editor

Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş strateji yol xəritələri, həmçinin Azərbaycanın sosial iqtisadi inkişafına yönəldilmiş konseptual sənədlərdə dövlət-özəl sektor tərəfdaşlığı (DÖST) mexanizmləri vasitəsilə özəl sektorun iqtisadi inkişafda rolunun artırılması hədəf olaraq müəyyən edilib. Bu baxımdan, dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin təşviqi və dəstəklənməsi sahəsində sistemli fəaliyyətin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturunda Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi yaradılıb. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2019-cu il 16 iyul tarixli Qərarı ilə Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi haqqında nümunəvi əsasnamə təsdiq olunub.

Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

- dövlət-sahibkar tərəfdaşlığı üzrə qanunvericilik bazasının və institusional infrastrukturun inkişaf etdirilməsi ilə əlaqədar təkliflərin verilməsi;

- dövlət-sahibkar tərəfdaşlığı üzrə proqram və layihələrin hazırlanması, həyata keçirilməsi və əlaqələndirilməsi;

- dövlət-sahibkar tərəfdaşlığı proqram və layihələrində KOB-ların iştirakının genişləndirilməsinin təmin edilməsi;

- dövlət-sahibkar tərəfdaşlığı üzrə bütün maraqlı tərəflərin maarifləndirilməsi və potensialının gücləndirilməsi;

- dövlət-sahibkar tərəfdaşlığı meyarlarına uyğun layihələrin təhlil edilməsi, araşdırılması və həmin layihələrin reallaşdırılması üçün işlərin görülməsi.

Powered by Froala Editor

DÖST sahəsində beynəlxalq təcrübə Beynəlxalq təcrübədə bir sıra ölkələrdə dövlət (ictimai) infrastruktur layihələrinin icrasında DÖST modeli geniş tətbiq olunur. Bunların sırasında ABŞ, Böyük Britaniya, Fransa, Niderland, Avstraliya, Cənubi Koreya, Türkiyə, Braziliya, Hindistan, Çin, Meksika və s. ölkələri xüsusilə qeyd etmək olar. Dünya Bankının məlumatlarına əsasən 1990 - 2018-ci illərdə inkişaf etməkdə olan ölkələrdə təqribən 1,5 trilyon ABŞ dollar dəyərində 6135 DÖST layihəsi həyata keçirilib. İstanbulun yeni Hava Limanı, Avrasiya Tuneli, Yavuz Sultan Səlim Körpüsü, Osmanqazi Körpüsü, ölkə daxilində bir sıra şəhər xəstəxanaları və dəmiryol layihələri də daxil olmaqla Türkiyənin tanınmış iri layihələrinin əhəmiyyətli bir hissəsi DÖST modelinin tətbiqi ilə həyata keçirilib. Dünya Bankının “İnfrastruktur Layihələrində Özəl İştirak” məlumat bazasına əsasən investisiya dəyəri 35 milyard ABŞ dollar olan İstanbul Hava Limanı layihəsi ən çox özəl investisiya cəlb edilən DÖST layihəsi hesab olunmaqdadır. Digər mühüm DÖST layihələri arasında Rusiyanın qaz yataqlarını Avropa İttifaqının enerji bazarları ilə bağlayan “Şimal axını” (Nord Stream) qaz kəməri layihəsi (10 milyard ABŞ dollar), Fransada ən böyük fiberoptik layihə olan “THD Grand Est” (1 milyard avro) və futbol üzrə “Avro 2016” yarışları üçün stadionların inşası və təmiri (məsələn, Lill şəhərində 618 milyon Avro həcmində PierreMauroy stadionunun inşası), Hollandiyada Blankenburg tuneli (1 milyard avro) və Afsluitdijk dambası (810 milyon avro), Türkiyədə 1915 Çanakkale Köprüsü (3.1 milyard avro) və Bilkent laboratoriyası (711 milyon avro) və s. qeyd etmək olar. Aşağıdakı qrafik 2018-ci ildə Avropada DÖST bazarını göstərir. Qrafikə əsasən ən çox DÖST layihəsi Fransada, dəyər baxımından isə Türkiyədə həyata keçirilib. DÖST modeli dövlət investisiya xərclərinin azaldılması və alternativ maliyyələşmə mexanizmlərinin tətbiqi ilə müvafiq infrastruktur layihələrinin icrasına yerli və xarici sərmayəçilərin cəlb edilməsi baxımından mühüm rol oynayır. Bir sıra ölkələrdə (Avstraliya, Niderland, Çili və s.) hətta DÖST layihələri yalnız dövlət investisiya proqramına daxil olan layihələr arasından seçilir. DÖST mühitinin təkmilləşdirilməsi və DÖST layihələrinin inkişaf etdirilməsi məqsədilə Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Davamlı İnfrastruktur Fondu, İslam İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq təşkilatlar tərəfindən müvafiq dəstək göstərilir. Ölkələr üzrə layihələrin ümumi dəyəri (milyard avro) Ölkələr üzrə layihələrin sayı Türkiyə Fransa Niderland Almaniya Böyük Britaniya Belçika Serbiya İrlandiya Avstriya İspaniya

Powered by Froala Editor