Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın özünüməşğulluğa dəstəyi Özünüməşğulluq proqramına cəlb edilən şəxslərə biznes planların hazırlanmasında dəstək göstərilir Azərbaycanın nümayəndəsi BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinə üzv seçilib “Kazan Digital Week” onlayn forumu keçiriləcək “Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020” keçiriləcək
Çıxışlar

Powered by Froala Editor

“Üfüqdə yeni fürsətlər: Qadın Sahibkarlara yaşıl işıq” forumunda çıxış 18.11.2019-cu il Hörmətli tədbir iştirakçıları ! 


Hörmətli xanımlar və cənablar! İlk öncə hər birinizi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi adından salamlayır və tədbirin təşkilatçılarına təşəkkürümü bildirirəm. Forumun “Qlobal Sahibkarlıq həftəsi” daxilində təşkili xüsusi əhəmiyyət kəsb edir. Bu forum çərçivəsində keçiriləcək panel müzakirələr olduqca aktual mövzulara yönəlmişdir və inanıram ki çox maraqlı fikirlər və təkliflər səsləndiriləcəkdir. Məlum olduğu kimi, sahibkarlıq, xüsusilə kiçik və orta biznes, həmişə olduğu kimi, cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatların hazırkı mərhələsinin də mərkəzində durur.


 Ölkəmizdə qeyri-neft sektorunu sürətlə inkişaf etdirmək, sahibkarlığın inkişafına əsaslanan, diversifikasiya olunmuş, rəqabətqabiliyyətli və dayanıqlı iqtisadi artımı təmin edən milli iqtisadiyyatın formalaşdırılmasına nail olmaq dövlətin iqtisadi 2 siyasətinin başlıca hədəfidir. Son illər ölkədə aparılan uğurlu iqtisadi islahatlar nəticəsində bu sahədə bir sıra əhəmiyyətli nailiyyətlər əldə edilmiş, biznes və investisiya mühiti daha da yaxşılaşdırılmış, sahibkarlar, o cümlədən qadın sahibkarlıq cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilmişdir. 


Ölkəmizdə qadınların iqtisadi təşəbbüskarlığının artması, onların KOB subyektlərində geniş təmsilçiliyi sosial-iqtisadi inkişafın, o cümlədən məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, artıq qadınlarımız ölkəmizdə sahibkarlığın inkişafında mühüm rol oynayır və biznes fəaliyyəti ilə fəal şəkildə məşğul olurlar. Qadın sahibkarlığının inkişaf etdirilməsi də Agentliyin qarşısında duran prioritet məsələlərdəndir. Agentlik tərəfindən qadın sahibkarlığının inkişafının təşviq edilməsi, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artırılması və bu məqsədlə, müvafiq dəstək mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. 


Bununla yanaşı, qadın sahibkarlara informasiya dəstəyi vermək üçün qadınların sahibkarlıqla bağlı zəruri olan məlumatlara əlçatanlığının təmin olunması məqsədilə Agentliyin 3 internet səhifəsində xüsusi bölmə yaradılıb və müntəzəm olaraq qadın sahibkarlığı ilə bağlı məlumatlar burada öz əksini tapır. Xalq yaradıcılığı sahələri ilə bağlı kreativ sənaye biznesin nisbətən yeni sahəsi olsa da, dünyada artıq sektor kimi formalaşmışdır. Bir sıra ölkələrdə hətta ÜDM-də və ixracda əhəmiyyətli paya malikdir. Xüsusilə İngiltərə, Cənubi Koreya, Çin, qonşu Türkiyənin bu sahədə uzunmüddətli inkişaf yolu mühüm uğurlarla müşayət edilməkdədir. Digər sahələrlə yanaşı, ölkəmizdə kreativ sənayenin yaranması və inkişafı istiqamətində də irəliləyişlər hiss edilməkdədir. İncəsənət sahələri ilə bağlı biznes fəaliyyətlərin sənaye halına gətirilməsi isə bir sıra məsələləri aktual edir. İlk addım kimi kreativ sənayenin inkişaf potensialına dair araşdırmanın aparılmasını zəruri hesab edirik. Müqayisəli üstünlük əsasında aparılacaq bu araşdırma ölkəmizin bu sahədə rəqabət qabiliyyətli seqmentlərinin müəyyən edilməsinə və gələcəkdə dəstək tədbirlərinin ünvanlılığının və bu əsasda səmərəliliyin təmin edilməsinə şərait yaradacaqdır. Qeyd olunan araşdırma sənədi, eyni zamanda bu sahədə ölkəmizin hədəflərinin müəyyən edilməsi üçün baza rolunu oynayacaqdır. 4 Digər mühüm bir məsələ bu sahənin əhatəli statistikasının olmaması ilə bağlıdır. 


Bu çatışmamazlıq sahənin mövcud vəziyyətini və inkişaf trendlərinin müəyyən edilməsində çətinliklər yaradır. Bu biznes də ölkədə sahibkarlığın inkişafına yönəlmiş təşkilati iqtisadi modellər və çoxsaylı dəstək tədbirlərindən faydalana bilər. Və təbii ki, sahənin özünəməxsus cəhətləri spesifik dəstəklər və tənzimləmə alətləri tələb edə bilər. Agentlik olaraq, fəaliyyətimizi dövlət qurumları və sahibkarlarla sıx əməkdaşlıq şəraitində, dövlət-sahibkar dialoqu çəraitində qurmaga çalışırıq. Bu baxımdan maraqlı tərəflərin iştirakı ilə bu sahənin inkişafı ilə bağlı məsələlərin də müzakirəsini diqqət mərkəzində saxlayacagıq. 


Düşünürəm ki, bugünkü forum bu sahənin inkişafı məsələlərinə bir daha gündəmə gətirməklə konkret inkişaf istiqamətlərinin müəyyən edilməsi baxımından da faydalı olacaqdır. Diqqətinizə görə təşəkkür edir və forumun işinə ugurlar arzulayıram!

Powered by Froala Editor

“KİÇİK VƏ ORTA BİZNES SUBYEKTLƏRNİN MALİYYƏ BAZARLARINA ÇIXIŞINDA ŞƏFFAFLIQ: MÖVCUD VƏZİYYƏT VƏ PERSPEKTİVLƏR” forumunda çıxış 14.11.2019-cu il Hörmətli tədbir iştirakçıları ! 


İlk öncə hər birinizi salamlayır, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi adından bütün iştrakçılara tədbirə göstərilən marağa görə təşəkkür edirəm, Agentlik yanında İctimai Şuraya belə bir tədbirin təşkilinə görə minnətdarlığımı bildiriəm. Agentlik yanında İctimai Şuranın yaradılmasını cəmiyyət–sahibkar–dövlət orqanları arasında səmərəli münasibətlərin qurulmasına verilən xüsusi əhəmiyyətin göstəricilərindən biri kimi dəyərləndirmək olar. Agentlik ictimai nəzarətin təmin olunması, qurumun fəaliyyəti barədə işgüzar dairələrin məlumatlandırılmasında, ictimai fikrin öyrənilməsində maraqlıdır. 


Bu baxımdan, İctimai 2 Şuranın təşkilatçılığı ilə iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən kiçik və orta biznes subyektlərinin, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə mütəmadi olaraq təşkil edilən müzakirələrə xüsusi önəm veririk. Bildiyiniz kimi, ölkə başçısının apardığı iqtisadi islahatlar yeni mərhələyə qədəm qoyub və bu prosesin əsas istiqamətləri sırasında kiçik və orta sahibkarlığın inkişafı və onun iqtisadiyyatda aparıcı yerə malik olması prioritet kimi müəyyən edilib. Bununla yanaşı məlumdur ki, maliyyə resurlarına çıxış və yüksək keyfiyyətli maliyyə xidmətləri ilə təmin olunma, kiçik və orta biznesin inkişafında əsas şərtlər kimi çıxış edir. 


Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin cari ilin 15 oktyabr tarixində keçirilən iqtisadi müşavirədə çıxışı zamanı iqtisadiyyatın real sektorunun aktiv maliyyələşdirilməsi, eləcə də bu prosesdə kiçik və orta biznesin dəstəklənməsi istiqamətində maliyyə qurumlarına çağırış edilmişdir. 3 Bu çağırışa uyğun olaraq bugünkü forum olduqca aktual mövzuya həsr edilmiş və hesab edirik ki, maliyyə qurumlarının, ictimai təşkilatların, dövlət orqanlarının və sahibkarların iştirakı ilə birgə müzakirə formatında keçiriləcək bu tədbirdə səmərəli təkliflər irəli sürüləcəkdir. 


Fürsətdən istifadə edərək KOBİA adından bir neçə təklif vermək istərdim: 1. Agentliyin əsas mandatlarından biri KOB-ların maliyyə resurlarına çıxışını əlçatan etmək, eləcə də, sahibkarlar tərəfindən təklif olunan investisiya layihələrini maliyyə qurumları ilə əlaqələndirməkdən ibarətdir. Agentliyə daxil olmuş sahibkar müraciətlərinin təhlili onu deməyə əsas verir ki, hazırda KOB-ların əsas çətinliklərindən biri maliyyə resurslarına çıxışın məhdud olması ilə bağlıdır. Hesab edirik ki, bu çətinlikləri yaradan səbəbləri təkcə sahibkarlardan öyrənmək və məsələyə birtərəfli qaydada baxmaq düzgün olmazdır. 


Agenlik ölkəmizdə fəaliyyət göstərən maliyyə qurumları ilə sıx əməkdaşlıq etməkdə və 4 onların bu məsələdə mövqeyini, o cümlədən təhlil və təkliflərini öyrənməkdə maraqlıdır. Agentlik ilə banklar arasında əməkdaşlığın daha sıx həyata keçirilməsi fikrimizcə inkişaf hədəflərinin reallaşmasına öz töhvəsini verəcəkdir. Bu əməkdaşlıq, sahibkarlara maliyyə dəstəyini digər çoxsaylı dəstək tədbirləri ilə əlaqəli şəkildə həyata keçirilməsinə şərait yaratmaqla səmərəliliyi yüksəltməyə imkan verəcəkdir. 2. Təbii ki, banklar və maliyyə qurumları daha çox risk əmsalı az olan layihələri maliyyələşdirməkdə maraqlıdır. Qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə KOB subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası" təsdiq edilmişdir. 


Qaydalara əsasən, dəstək tədbirlərinin təşkilini və dəstək məbləğinin ödənilməsini Kiçik və Orta Biznesin İnkişafı Agentliyi həyata keçirəcək. Dəstək tədbiri dedikdə, 5 daxili bazar tendensiyalarının iqtisadi, texnoloji, hüquqi, sosial, bazar faktorlarının araşdırılması vasitəsilə öyrənilməsinin təşkili və maliyyələşdirilməsi, habelə bu sahədə müxtəlif təlimlərin və seminarların keçirilməsi, təlim prosesində informasiya dəstəyinin göstərilməsi nəzərdə tutulur. Agentlik sözügedən qaydalar çərçivədində maliyyə qurumlarının və bankların təkliflərinə açıqdır. 3. Sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılmasında maarifləndirmə işinin əhəmiyyətini də xüsusi qeyd etmək istərdim. Agentlik bu sahədə də maliyyə institutları ilə birgə tədbirlərin həyata keçirilməsində maraqlıdır və bu məqsədlə bütün təşəbbüslərə dəstək verməyə hazırdır. 4. Eyni zamanda, bildirmək istəyirəm ki, Agentliyin srtukturuna daxil olan və hazırda yaradılmaqda olan KOB İnkişaf Fondları, eyni zamanda sahibkarların alternativ maliyyə mənbələrindən faydalanmaları 6 istiqamətində fəaliyyət göstərəcəkdir. KOB İnkişaf Fondları ölkəmizdə KOB-ların inkişafı və onların maliyyə dəstəyi ilə təmin edilməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, intellektual biznesin inkişafına təkan vermək məqsədilə yaradılır. 


Təbii ki, bu mexanizmin reallaşdırılması üçün yerli maliyyə institutlarının da dəstəyinə ehtiyac olacaqdır. Düşünürəm ki, bugün maliyyə qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə keçirilən bu tədbir bütün iştirakçılar üçün maraqlı olacaqdır və səmərəli dialoq qurulacaqdır. Bu baxımdan, hər birinizi müzakirələrdə aktiv olmağa və təkliflərinizi səsləndirməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm!

Powered by Froala Editor

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovun “Bakı E-ticarət Forumu”dakı çıxışı (Bakı, 21.10.2019) Hörmətli xanımlar və cənablar! Hörmətli tədbir iştirakçıları! İlk növbədə, hər birinizi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi adından salamlayır və açılış mərasiminə dəvət üçün minnətdarlığımı bildirirəm. “InnoWeek- İnnovasiya həftəsi” çərçivəsində ölkəmizdə artıq ikinci dəfə keçirilən E-ticarət Forumu, beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələrini, mikro, kiçik və orta sahibkarları, ekspertləri bir araya gətirən platforma kimi elektron ticarətin inkişafı istiqamətində son trendlərin müzakirəsi baxımından olduqca mühüm tədbirdir. Bu gün dünyada elektron ticarətin həcmi sürətlə artır. Azərbaycan da dünya iqtisadi sisteminin bir parçası olaraq bu tendensiyalara uyğunlaşmaq istiqamətində 2 mühüm addımlar atmaqdadır. Belə ki, Azərbaycanda elektron ticarətin əhatə dairəsinin genişləndirilməsi, o cümlədən, pərakəndə satışlarda elektron ticarətin payının artırılması, transsərhəd ticarətin inkişafı prioritet olaraq müəyyən edilmişdir. “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan bir sıra tədbirlərin icrası məqsədilə “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” qəbul edilmişdir. Bundan başqa elektron ticarətin hüquqi və infrastruktur bazasını beynəlxalq tələblərə uyğunlaşdırmaq məqsədilə “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” portalı yaradılmışdır. Bütün bunlar, nağdsız ödəniş mühitinin genişləndirilməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi istiqamətində mühüm hüquqi zəmin formalaşdırmışdır. Hesab edirik ki, elektron ticarətin inkişafı üçün üç tərəf – vətəndaş - biznes subyektləri və dövlət strukturları birgə məsuliyyət daşıyır. Vətəndaşın əsas məsuliyyəti 3 rəqəmsal biliklərə yiyələnmək, ödənişləri elektron qaydada həyata keçirməkdən ibarətdirsə, sahibkarlar istehsal və ya ixrac etdiyi malların onlayn satışını təşkil etməklə əhalinin prosesə marağını artıra bilər. Dövlət isə tənzimləmə sahəsində addımlar atmaqla bu sahədə olan ekosistemin effektivliyini artıra, eləcə də, elektron ticarəti təşviq edə bilər. Bir sözlə, iqtisadi subyektlər arasında nağdsız dövriyyənin artması və əhalidə nağdsız ödəniş vərdişlərinin formalaşması elektron ticarətin böyüməsi üçün əsas amillər rolunda çıxış edir. Qeyd etmək istərdim ki, 2017-ci ildə yaradılmış Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əsas vəzifəsi məhz ölkədə startap, mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsidir. Bu baxımdan, Agentlik biznes mühitinin əlverişliliyinin artırılması, tənzimləmə sisteminin səmərəliliyinin yüksəldilməsi, çoxsaylı dəstək tədbirlərinin ünvanlılığının və onlara sahibkarların maneəsiz və rahat çıxışının təmin edilməsi kimi geniş və çoxşaxəli fəaliyyət gündəliyinə malikdir. 4 Ticarət əməliyyatlarında, o cümlədən pərakəndə satışlarda elektron ticarətin payının artırılması üçün geniş potensialın mövcudluğunu, eləcə də bu prosesdə mikro, kiçik və orta sahibkarların daha çevik addımlar atmaq imkanına sahib olduğunu nəzərə alaraq, hesab edirik ki, geniş maarifləndirmə tədbirlərinə zərurət vardır və biz Agentlik olaraq bu prosesdə aktiv iştirak etməyə və irəli sürülücək təşəbbüsləri dəstəkləməyə hazırıq. Ümidvaram ki, bu gün keçirilən tədbir çərçivəsində faydalı müzakirələr aparılacaq, perspektivli layihələrin reallaşdırılıması üçün uğurlu nəticələr əldə olunacaqdır. Bir daha təşkilatçılara minnətdarlığımı bildirir və forumun işinə uğurlar arzu edirəm. Diqqətinizə görə təşəkkür edirəm!

Powered by Froala Editor

“Qadın sahibkarlığın inkişafı: təcrübə, imkanlar və nailiyyətlər” mövzusunda Beynəlxalq Forumda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovun çıxışı (Bakı, 21.06.2019) Hörmətli xanımlar və cənablar! Hörmətli qonaqlar! İlk növbədə, hamınızı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi adından salamlayır və sahibkarlığa dövlət dəstəyinin ayrıca və mühüm istiqaməti kimi çıxış edən qadın sahibkarlığının inkişafına həsr olunmuş bu önəmli tədbirə dəvətinizə görə təşəkkürümü bildirirəm. Forumun mövzusu bir çox aspektlərdən aktualdır və xüsusi önəm kəsb edir. Bildiyiniz kimi, Birləşmiş Millətlər Təşkilatı qadın sahibkarlığın genişləndirilməsini 2030-cu ilə qədər yoxsulluq probleminin həlli, bərabərsizliyin aradan qaldırılması, qlobal təhsil istiqamətində irəliləyiş və keyfiyyətli səhiyyə imkanlarını təmin etmək baxımından vacib amil kimi nəzərdən keçirir. Ümumilikdə, qadınlar Dayanaqlı İnkişaf Məqsədləri çərçivəsində tədbirlərin yalnız potensial benefisiarları deyil, eyni zamanda, bu məqsədlərin əldə edilməsi prosesinin fəal iştirakçılarıdır. Belə ki, sözügedən məqsədlərin səmərəli reallaşdırılması qadınların, xüsusilə də, qadın sahibkarlığının inkişafı ilə birbaşa bağlıdır. Məlumdur ki, əksər ölkələrdə, regionlarda və sektorlarda biznes sahiblərinin və menecerlərin böyük əksəriyyətini kişilər təşkil edir. Lakin hazırda qlobal səviyyədə qadın sahibkarlığının çəkisinin sürətlə artmasını müşahidə edirik və qadınlar kiçik biznes yaratmağa getdikcə daha çox meyl göstərirlər. Eyni zamanda, özünü-məşğul qadınların sayı da artmaqdadır. Statistikaya əsasən ötən ildə dünyada təqribən 163 milyon nəfər qadın öz biznesini açmışdır. Qadınların malik olduqları bizneslər səhiyyə, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, nəqliyyat və s. kimi müxtəlif sektorlarda əhəmiyyətli nailiyyətlər əldə etməkdədir. Bununla belə qadın sahibkarlar biznesin genişləndirilməsi, iqtisadi resurslara, o cümlədən maliyyə mənbələrinə çıxışla bağlı bir sıra problemlərlə üzləşirlər. Araşdırmalara əsasən 2 məlumatların əldə edilməsi, təlimlər, biznes məqsədilə şəbəkələrə çıxış, biznes və ailə həyatının uyğunlaşdırılması kimi problemlər qadınların qarşılaşdığı əsas çətinliklər sırasına daxildir. Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks tədbirlər nəticəsində cəmiyyətimizin müxtəlif sferalarında gender bərabərliyi sahəsində əhəmiyyətli irəliləyişlərə nail olunub, özəl sektorun inkişafını sürətləndirmək üçün dövlət tərəfindən sistemli tədbirlər həyata keçirilməkdədir. Ölkəmizdə qadınların iqtisadi təşəbbüskarlığının artması, onların KOB subyektlərində geniş təmsilçiliyi sosial-iqtisadi inkişafın, o cümlədən məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, artıq qadınlarımız ölkəmizdə sahibkarlığın inkişafında mühüm rol oynayır və biznes fəaliyyəti ilə fəal şəkildə məşğul olurlar. Qeyd etmək istərdim ki, ölkə üzrə qeydiyyatdan keçmiş fərdi sahibkarların təqribən 20%-ni qadınlar təşkil edir. Qadın sahibkarlığının inkişaf etdirilməsi də Agentliyin qarşısında duran prioritet məsələlərdəndir. Agentlik tərəfindən qadın sahibkarlığının inkişafının təşviq edilməsi, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artırılması və bu məqsədlə, müvafiq dəstək mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Qadın sahibkarlığının inkişafı tədbirləri onlarla sıx əməkdaşlıq şəraitində, bu məqsədlə yaradılmış dövlət-sahibkar əməkdaşlığı platformaları əsasında müzakirə və həyata keçirilməkdədir. Bu baxımdan, Agentliyin yanında yaradılmış və sahibkarların ictimai birliklərinin təmsil olunduğu İctimai Şuranın imkanlarından geniş istifadə edilir. Məlumat üçün qeyd edim ki, Agentliyin yanında fəaliyyət göstərən İctimai Şurada həmçinin Qadın Sahibkarlığının İnkişafı Assosasiyası da təmsil olunur. Qadınların sahibkarlıq, bu sahədə yeniliklər, dəstək mexanizmləri barədə məlumatlandırılması, onların fikir və təkliflərinin öyrənilməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlər – təlim, seminar və dəyirmi masalar təşkil olunur. Bu çərçivədə, xüsusilə Azərbaycanın regionlarında qadınların maliyyə savadlılığının artırılması və maliyyə idarəetmə davranışlarının inkişaf etdirilməsi, biznesə başlamaq və təkmilləşdirmək üçün potensialın artırılması və digər istiqamətlərdə fəaliyyətlərin həyata keçirilməsi diqqət mərkəzində olacaqdır. 3 Hesab edirik ki, qadın sahibkarlığının inkişafı məqsədilə layihə və proqramlar hazırlanan zaman, xüsusilə kənd yerlərində qadın məşğulluğu məsələsi diqqət mərkəzində olmalıdır və bu yerlərdə qadın məşğulluğunun daha perspektivli istiqamətləri müəyyənləşdirilməli və müvafiq tədbirlər görülməlidir. Qadın sahibkarlığının inkişafının dəstəklənməsinin təşkilati modellərinin, o cümlədən, biznes inkubatorların yaradılması da tərəfimizdən dəstəklənəcəkdir. Qadın sahibkarlara informasiya dəstəyi vermək üçün qadınların sahibkarlıqla bağlı zəruri olan məlumatlara əlçatanlığının təmin olunması məqsədilə Agentliyin internet səhifəsində xüsusi bölmə yaradılıb və müntəzəm olaraq qadın sahibkarlığı ilə bağlı məlumatlar burada öz əksini tapır. Əminəm ki birgə səylərimiz nəticəsində ölkəmizin dayanıqlı inkişafının daha etibarlı təmin edilməsi istiqamətində qadın sahibkarlığının potensialından mümkün qədər geniş istifadə olunmasına nail olacağıq. Yekunda dəvətinizə görə bir daha təşəkkür edir və forumun işinə uğurlar arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.

Powered by Froala Editor

“Təhsil biznesi sektoru: mövcud vəziyyət və perspektivlər” Forumunda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovun çıxışı (21.06.2019) Hörmətli millət vəkilləri, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri! Hörmətli media nümayəndələri! İlk öncə hamınızı salamlayır, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi adından bütün iştrakçılara tədbirə göstərilən marağa görə təşəkkür edirəm, Agentlik yanında İctimai Şuraya belə bir tədbirin təşkilinə görə minnətdarlığımı bildiriəm. Agentlik yanında İctimai Şuranın yaradılması cəmiyyət–sahibkar–dövlət orqanları arasında səmərəli münasibətlərin qurulmasına verilən önəmin göstəricisilərdən biri kimi dəyərləndirmək olar. Eyni zamanda KOBİA, ictimai nəzarətin təmin olunması, qurumun fəaliyyəti barədə işgüzar dairələrin məlumatlandırılması, Agentliyin fəaliyyət istiqamətləri üzrə ictimai fikrin öyrənilməsində maraqlıdır. Bu baxımdan bügünki tədbirin təşkil olunması mühüm əhəmiyyət və aktuallıq kəsb edir. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, mikro, kiçik və orta sahibkarlığın tənzimlənməsində, həmin sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edən, onlara bir sıra xidmətlər göstərən, dövlət qurumlarının və özəl qurumların bu sahədə xidmətlərini əlaqələndirən və səlahiyyətli qurumdur. Qeyd etməliyəm ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin vəzifələrinin icrası bir çox istiqamətlərdə elm və tədris mərkəzləri ilə qarşılıqlı fəaliyyətə əsaslanır. Bu istiqamətlər bir çox sahələri əhatə etməklə sahibkarlıq ideyasının təbliği, sahibkarların maarifləndirilməsindən başlayaraq, qabaqcıl dəstək modellərinin tətbiqi imkanlarının araşdırılması, ölkənin innovativ potensialının reallaşdırılmasına qədər olan böyük spektri əhatə edir. 2 Hazırda cənab Prezidentin müəyyən etdiyi tapşırıqların icrası istiqamətində Agentlik tərəfindən kiçik və orta biznes subyektlərinin dəstəklənməsinə yönəldilmiş modellər və mexanizmlər hazırlanmaqdadır. Təbii ki, onların hər biri ciddi araşdırma tələb edir. Bu nöqteyi-nəzərədən fürsətdən istifadə edərək bir neçə təkilfi səsləndirmək istərdim: 1. Kiçik və orta biznes subyektlərinin dəstəklənməsinə yönəldilmiş modellər və mexanizmlərin hazırlanmasında biz təhsil sektorunda fəaliyyət göstərən KOB subyektlərinin də potensialından faydalanmaqda maraqlıyıq. Bildiyiniz kimi, Agentliyin strukturuna daxil olan Kiçik və Orta Biznesin İnkişafı mərkəzlərinin yaradılması istiqamətində işlərə başlanılıb. Qeyd edim ki, KOB İnkişaf Mərkəzləri elm-təhsil müəssisələri ilə KOB subyektləri arasında körpü rolunu oynamaqla, elmi yeniliklərin biznesə inteqrasiyasını və biznesin ehtiyaclarının isə təhsil müəssisələrinə çatdırılmasını təşviq edəcəkdir. Bu çərçivədə, KOB İnkişaf Mərkəzlərinin özəl təhsil müəsissələrinin iştirakı ilə formalaşdırmaq mümkündür və bu istiqamətdə Agentlik olaraq təkliflərinizə açığıq. 2. Agentlik tərəfindən KOB subyektlərinin təlim ehtiyaclarına müvafiq olaraq mövcud tədris və təlim proqramlarında təkmilləşdirmələrin aparılması və səmərəli fəaliyyətinin təmin olunması sahəsində tədbirlər nəzərdə tutulmuşdur. Xüsusilə sahibkarların bilik və bacarıqlarının artırılması istiqamətində müxtəlif mövzular üzrə təlimlərin təşkil edilməsi Agentliyin vəzifələri sırasında yer alır. Bu baxımdan təhsil biznesi sektorunda çalışan müəssisələrdən Agentlik olaraq təlim xidmətləri ala bilərik. 3. KOB subyektlərinin istehsal fəaliyyətinin dəstəklənməsi üçün onların kadr potensialının artırılmasına dövlət dəstəyi mexanizminin təmin edilməsi məqsədilə “KOB kadr bankı”nın yaradılması üzrə normativ sənədlərin layihələri hazırlanmış və yaxın zamanda təsdiqi gözlənilir. Məqsəd KOB subyektləri üçün tələb olunan peşələr üzrə ixtisaslı kadrlara dair ehtiyacları, o cümlədən əlavə təhsilə dair tələbatın həcmini, ölkə üzrə müxtəlif kadrlara dair məlumatları özündə əks etdirən sistemi yaratmaqdır. Bu prosesdə biz təhsil sektorunda fəaliyyət göstərən qurumların aktiv fəaliyyətini gözləyirik və inanırıq ki, bu sistem təhsil müəssisələri üçün faydalı platforma rolunu oynayacaqdır. 3 4. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə KOB subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası" təsdiq edilmişdir. Qaydalara əsasən, dəstək tədbirlərinin təşkilini və dəstək məbləğinin ödənilməsini Kiçik və Orta Biznesin İnkişafı Agentliyi həyata keçirəcək. Dəstək tədbiri dedikdə, daxili bazar tendensiyalarının iqtisadi, texnoloji, hüquqi, sosial, bazar faktorlarının araşdırılması vasitəsilə öyrənilməsinin təşkili və maliyyələşdirilməsi, habelə bu sahədə müxtəlif təlimlərin və seminarların keçirilməsi, təlim prosesində informasiya dəstəyinin göstərilməsi nəzərdə tutulur. Agentlik sözügedən qaydalar çərçivədində təhsil sektorunda fəaliyyət göstərən özəl qurumlarla əməkdaşlıq edə bilər. Düşünürəm ki, özəl təhsil müəssisələrinin, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə bu gün keçirilən tədbir əməkdaşlığın konkret istiqamətlərini və formalarını müəyyən edərək geniş fəaliyyət platforması yaradacaqdır. Əminəm ki, qeyd edilən istiqamətlərdə birgə səylərimiz sahibkarlığın davamlı inkişafının təmin edilməsi vasitəsilə cənab Prezidentin iqtisadi islahatlar kursuna öz əhəmiyyətli töhvəsini verəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm!

Powered by Froala Editor