Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Milli Yaylaq Festivalı keçiriləcək Tibb biznesinə dair ictimai müzakirə təşkil olunub Qurban bayramı ərəfəsində sahibkarlarla görüşlər keçirilir Zaur Qardaşov: “Startap” şəhadətnaməsi xarici bazarlara çıxışı asanlaşdırır” KOBİA və Kiçik Biznes üzrə Beynəlxalq Şura arasında görüş keçirilib KOBİA-nın rəhbərliyi Nyu-Yorkda Türkiyənin konsulluğunda olub KOBİA və ABŞ-ın Alhambra Palatası arasında görüş keçirilib KOBİA BMT-nin Baş Qərargahında beynəlxalq KOB gününə həsr olunmuş tədbirdə təmsil olunub Ölkə sahibkarlarının 99,6%-ni KOB-lar təşkil edir KOBİA və BNA yeni dövlət-özəl əməkdaşlığı layihəsinə start verdi
“Birgə İnvest” MMC


“Birgə İnvest” MMC mikro, kiçik və orta biznesin maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək məqsədi ilə 2019-cu ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təsis edilib.

Şirkət qeyri-neft sektoru üzrə biznes layihələrinə kapital qoyuluşu yolu ilə investisiya yatırır. Belə ki, “Birgə İnvest” MMC biznes layihəyə birbaşa kapital qoyuluşu etməklə sahibkar ilə ortaq biznes qurur, biznesin mənfəətində və zərərində iştirak edir. “Birgə İnvest” təqdim edilən investisiya layihəsinin ümumi dəyərinin 70%-ə qədər olan hissəsini (maksimum 350 min manat) qarşılaya bilir. Kapital qoyuluşu ilə yanaşı, “Birgə İnvest” MMC biznes layihəyə təminatlı olmaq şərti ilə faizsiz borc şəklində də yatırım edə bilər. 

“Birgə İnvest”ə müraciət edən sahibkarlar investisiya layihəsinə dair ətraflı məlumat təqdim etməli, ümumi investisiya dəyərinin minimum 30% hissəsini qarşılamalı və layihənin peşəkar idarəçiliyini tam təmin etmək bacarığına malik olmalıdır. 

Müstəqil və dayanıqlı inkişaf nöqtəsinə çatdıqda və qarşıya qoyulmuş məqsədə nail olunduqda “Birgə İnvest” ən geci 7 ildən sonra investisiya layihəsini partnyor sahibkarın xeyrinə tərk edir. 

Ətraflı məlumat üçün: (+99 412) 404 54 24, connect@birge.az, www.birge.az

Powered by Froala Editor

Powered by Froala Editor