KOBİA kiçik və orta biznes sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, bu sahədə əlaqələrin qurulması və inkişaf etdirilməsi məqsədilə Türkiyə, Rusiya, Səudiyyə Ərəbistanı, İtaliya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Koreya, İsveçrə, İsrail, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Macarıstan, Özbəkistan, Ukrayna və digər ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq edir. Agentlik həmçinin, beynəlxalq maliyyə institutları, eləcə də Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunda və yerli KOB-larla əməkdaşlıqda maraqlı olan xarici investorlarla yerli sahibkarlar arasında vasitəçilik edir, bu sahədə xarici təşkilatlara və sərmayədarlara dəstək göstərir.
KOBİA ilə xarici ölkələrin müvafiq qurumları arasında imzalanmış anlaşma memorandumları
- Türkiyə Respublikasının Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatı (KOSGEB) ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumu və Birgə Fəaliyyət Planı
- İsveçrə Konfederasiyasının Kiçik və Orta Miqyaslı Müəssisələr Cəmiyyəti ilə Anlaşma Memorandumu
- Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumu (SAGİA) ilə “İkitərəfli investisiya əlaqələrinin genişləndirilməsi üzrə çərçivə əməkdaşlığı Proqramı”
- Macarıstan Respublikasının İxracın Təşviqi Agentliyi (HEPA) ilə əməkdaşlığa dair Anlaşma Memorandumu
- Rusiya Federasiyasının Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Federal Korporasiyası ilə Anlaşma Memorandumu və Memorandum çərçivəsində tədbirlərin reallaşdırılması üzrə Yol Xəritəsi
- Qazaxıstan Respublikasının “Damu” Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığa dair Anlaşma Memorandumu
- Özbəkistan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində Kiçik Biznes və Sahibkarlığın İnkişafı Agentliyi ilə Anlaşma Memorandumu
- Ukrayna Respublikasının Ticarət və Sənaye Palatası ilə əməkdaşlığa dair Memorandum
- Rusiya Federasiyasının “Opora Rossii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatı ilə qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu
- Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində əməkdaşlıq
- “Huawei Tech Azərbaycan” MMC ilə əməkdaşlığa dair Anlaşma Memorandumu
- Türkiyə Katılım Bankları Birliyi ilə Anlaşma Memorandumu
- KOBİA, Ziraat Bank və Türk Exim Bank arasında üçtərəfli Niyyət Protokolu
- Rusiya-Azərbaycan İşgüzar Şurası ilə əməkdaşlığa dair Anlaşma Memorandumu
- “Delovaya Rossiya” Ümumrusiya İctimai Təşkilatı ilə əməkdaşlığa dair Anlaşma Memorandumu
- Türkmənistanın Sənaye və Sahibkarlar Birliyi ilə Anlaşma Memorandumu
Powered by Froala Editor