Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İstehsal ilə məşğul olan sahibkarlara dəstək – KOB Model Müəssisəsi “Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib KOB-lar və startaplar üçün investisiya cəlbi ilə bağlı vörkşop keçiriləcək Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər “Startap” şəhadətnaməsinin dublikatını almaq olurmu? KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır KOB-ların “yaşıl iqtisadiyyat”a transformasiyası və “yaşıl maliyyələşmə”yə dair seminar keçirilib 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verilib Azərbaycan və Pakistan iş adamları arasında B2B görüşlər keçirilib KOBİA nümayəndələri Səudiyyə Ərəbistanında səfərdə olub
“Startap” şəhadətnaməsi hansı meyarlar əsasında verilir? – MƏLUMATLANDIRMA 22.04.24
“Startap” şəhadətnaməsi hansı meyarlar əsasında verilir? – MƏLUMATLANDIRMA

Mikro və kiçik sahibkarlara “Startap” şəhadətnaməsi Nazirlər Kabinetinin 2021-ci il 29 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması Meyarları”na əsasən verilir. “Startap” şəhadətnaməsinin verilməsi üçün əsas tələblər aşağıdakılardır: 

- məhsulun və ya xidmətin gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunması;

- innovativ təşəbbüsə əsaslanması;

- mövcud istehsal və ya xidmət proseslərinin yeni formada təşkili ilə əlavə dəyərin yaradılması;

- yeni texnologiyanın tətbiqi ilə əlavə dəyərin formalaşması;

- rəqabətqabiliyyətli olması;

- qısamüddətli perspektivdə yaradılan məhsula və ya xidmətə olan tələbin əsaslandırılmış formada artımının proqnozlaşdırılması;

- digər startap məhsulu və ya xidməti ilə eynilik təşkil etməməsi.

Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.



Powered by Froala Editor

Powered by Froala Editor